Accessibility links

İsmayıllı hadisələrinin istintaqı


İsmayıllı hadisələri
İsmayıllı hadisələri

Hadisələrlə bağlı 16 nəfər tutulub. “Demək olar ki, istintaq hərəkətləri aparılmır”, vəkil bildirib

Martın 2-də Nəsimi Rayon Məhkəməsi İsmayıllıda baş vermiş hadisəyə görə həbs olunan Vasif İbrahimovun şikayətini təmin etməyib.

Yanvarın 23-də İsmayıllıda “Çıraq” hotelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən "Çıraq" hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə, daha sonra isə bir neçə kütləvi etiraz aksiyası baş verib.

Cinayət işi üzrə Tofiq Yaqublu, İlqar Məmmədov, həmçinin İsmayıllı rayon sakinləri Mirkazım Abdullayev və Elşən İsmayıllı və daha 10 nəfər Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla Nəsimi Rayon Məhkəməsinin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Vəkil Nəvai Abbasov Turan agentliyinə bildirib ki, şikayət hüquqlarını müdafiə etdiyi şəxsin həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilib. Onun sözlərinə görə, ev dustaqlığı ilə əvəz olunması ilə bağlı apellyasiya şikayəti də veriləcək.

İsmayıllıdakı hadisələrlə bağlı istintaq hərəkətlərinin vəziyyətinə gəlincə, vəkil demək olar ki, istintaq hərəkətlərinin aparılmadığını deyib. O həmçinin bildirib ki, 10-15 gün bundan əvvəl İsmayıllı rayon İcra Hakimiyyətinin yeni başçısı Mirdaməd Sadiqov əhali və həbs olunanların valideynlər ilə görüşündə bu hadisə ilə bağlı əhalidən 15 gün vaxt istəyib.

Belə ki, yeni icra hakimiyyəti başçısı həbs olunanların işinin ədalətlə araşdırılması üçün əlindən gələn köməkliyi edəcəyini bildirib. Eyni zamanda bununla bağlı prezidentə, prokurorluğa müraciət etməsi barədə əhaliyə vəd verib.
Bununla belə, vəkil hazırda İsmayıllı hadisəsinə görə 16 nəfərin həbs olunduğunu, onlardan 2-nin jurnalist olduğunu bildirib.

Öz növbəsində Respublika Baş Prokurorluğundan İsmayıllı hadisəsi ilə bağlı yeniliklər barədə məlumat almaq mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG