Accessibility links

ATƏT nümayəndələri İlqar Məmmədovun ailəsinə baş çəkib


REAL Hərəkarının sədri İlqar Məmmədov
REAL Hərəkarının sədri İlqar Məmmədov

İlqar Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu İsmayıllı iğtişaşları zamanı ictimai asayişin pozulmasının təşkili ittihamı ilə həbs olunublar. Hər iki həbs siyasi adlandırılır

ATƏT-in Bakı ofisinun nümayəndələri ReAl hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun ailəsinə baş çəkiblər.

ReAl-ın icraçı katibi Natiq Cafərlinin Turan agentliyinə verdiyi məlumata görə, qonaqlar məhbusun ailəsinin vəziyyəti ilə maraqlanıblar və ATƏT-in bu məsələ ilə bağlı gördüyü tədbirlər barədə məlumat veriblər.

İlqar Məmmədovun vəziyyətinə toxunan Cafərli bildirib ki, onun vəkillərlə görüşmək və ayda bir dəfə ailə üzvləri ilə görüşmək hüququ var.

Xatırladaq ki, İlqar Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 23-24 yanvar İsmayıllı iğtişaşları zamanı ictimai asayişin pozulmasının təşkili ilə bağlı saxta ittihamla həbs olunublar. Hazırda onlar istintaq müddəti ərzində həbsdədirlər. Sözügedən ittihamlarla onlar 7 il müddətinə azadlıqdan məhrum edilə bilər

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG