Accessibility links

Təbriz və Makıda üç məhkum asılıb


Egypt executes six men
Egypt executes six men

Keçən 2 həftə ərzində İran Azərbaycanı daxil olmaqla İranın müxtəlif bölgələrində daha əvvəl edama məhkum olmuş 30-dan artıq məhbusun ölüm cəzası tətbiq edilib.

Son edamlar keçən bir neçə gün ərzində İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərində baş verib.

Təbrizdə fəaliyyət göstərən Nasr News internet portalının məlumatına görə, Təbrizin mərkəzi həbsxanasında qətl ittihamı ilə qisasa məhkum olunmuş bir məhkum keçən bazar günü, başqa bir məhkum isə çərşənbə günü dar ağacından asılıb.

Nasr News azar günü edam edilən şəxsin 27 yaşında və adının Səid olduğunu açıqlayıb. Asılan digər şəxsin kimliyi ilə bağlı məlumat yayılmayıb.

Qərbi Azərbaycan vilayətinin Makı şəhərində tətbiq edilən edam hökmü haqqında Norveçdə yerləşən İran İnsan Haqları (IHR) təşkilatı məlumat yayıb. Qətl ittihamı ilə mühakimə olunmuş İsmail Keçəlanlı adlı məhkumun hökmü bazar ertəsi günü tətbiq edilib.

XS
SM
MD
LG