Accessibility links

Vəkil Tale Bağırzadənin bədənində xəsarət izlərinin olduğunu bildirib


Tale Bağırov
Tale Bağırov

Vəkil Cavad Cavadov müvəkkili, “Müsəlman Birliyi” hərəkatının lideri, ilahiyyatçı Tale Bağırzadənin hüquqlarının pozulması ilə əlaqədar baş prokuror Zakir Qaralova müraciət edib.

Belə ki, Bağırzadə dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsinə aparıldıqdan sonra vəkil Bağırzadənin bədənində ciddi xəsarət izləri görüb. Amma vəkilin həbs edilənlərlə məxfi şəkildə görüşməsinə imkan verməyiblər.

“İndiyədək mənim bir vəkil kimi müvəkkilimlə görüşümə şərait yaratmırlar, doğmalarından isə ərzaq və geyim qəbul etmirlər”, vəkil öz facebook səhifəsində yazıb.

Cavadov həmçinin qeyd edir ki, qanunvericiliyə zidd olaraq, Bağırzadə üç həftədən çoxdur Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır və istintaq təcridxanasına köçürülmür, baxmayaraq ki, bunu 24 saat sonra etməli idilər.

Xatırladaq ki, Bağırzadə noyabrın 26-daBakının Nardaran qəsəbəsində xüsusi əməliyyat zamanı saxlanılıb. Əməliyyat zamanı 2 polis və 5 mülki şəxs həlak olub. Hüquq-mühafizə orqanları Bağırzadəni və onun tərəfdarlarını hakimiyyəti zorla ələ keçirmək cəhdində, terrorizmdə, qanunsuz silahlı qrup yaratmaqda və s. ittiham edirlər.

Hüquq-mühafizə orqanları hələ vəkilin yazdıqlarına münasibət bildirməyib.

XS
SM
MD
LG