Suriyada daha bir azərbaycanlı öldürülüb.
APA-nın xəbərinə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.
Məlumata görə, “Zübeyr Azəri” kimi təqdim olunan azərbaycanlı döyüşçü Suriyada hökumət qüvvələri tərəfindən öldürülüb. Onun kimliyi açıqlanmasa da, Azərbaycanın Şəki rayonundan olduğu bildirilir.
Mücahidlər öldürülən azərbaycanlının fotosunu da yayıblar.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu sosial şəbəkələrdə yayılıb.
Bu gün Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov APA agentliyinə açıqlamasında Azərbaycan vətəndaşlarının Suriyaya aparılmasına münasibət bildirib.
"Azərbaycanlı gənclərin, vətəndaşlarımızın qeyri-qanuni yollarla səfərbər olunub, dünyanın müxtəlif qaynar nöqtələrinə, o cümlədən Suriyaya göndərilməsi prosesində bəzi beynəlxalq təşkilatlar da iştirak edirlər”.
Şöbə müdiri qeyd edib ki, Azərbaycanın təhlükəsizlik orqanları ilə yanaşı, Xarici İşlər Nazirliyi və xarici ölkələrdəki səfirliklərimiz də bu işlə yaxından məşğuldurlar: “Xarici ölkələrdəki səfirliklərimiz bu məsələ ilə ona görə məşğuldurlar ki, qeyri-qanuni yollarla azərbaycanlı gənclərin, vətəndaşlarımızın səfərbər olunub, dünyanın müxtəlif qaynar nöqtələrinə, o cümlədən Suriyaya göndərilməsi prosesində bəzi beynəlxalq təşkilatlar da iştirak edirlər”.
PA rəsmisi deyib ki, bu gün Azərbaycanın özünün vətənpərvər, öz torpağı uğrunda mübariz mövqe nümayiş etdirən insanlara ehtiyacı var: “Azərbaycanın Suriyada hansısa formada konfliktlərdə, münaqişələrdə iştirak etmir və etmək niyyəti də yoxdur. O zaman nəyə görə bizim vətəndaşlarımız həmin münaqişənin iştirakçısı və qurbanına çevrilməlidirlər? Ona görə də Azərbaycan dövləti belə halların qarşısını almağa çalışır. Ancaq bu, bir reallıqdır ki, bəzi vətəndaşlar ayrı-ayrı daxili və xarici qüvvələrin təsiri altında bu işə qoşulur və bunların hamısının qarşısını almaq çətindir. Bununla belə, dövlət bütün mümkün vasitələrlə bu halın qarşısının alınması istiqamətində işləri davam etdirir”, o qeyd edib.