Accessibility links

Suriya böhranının həlli üçün danışıqlara start verilib


Suriyada müharibəyə son qoymaq üçün bu gün İsveçrədə danışıqlara başlanmasına baxmayaraq təhlilçilərin müsbət nəticə əldə olunacağına az ümidləri var.

ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov danışıqlara başçılıq edir. Müzakirələrdə BMT rəsmiləri, Suriya hökümətinin təmsilçiləri və müxalifət qüvvələri iştirak edir.

Suriyanın müttəfiqi İranın dəvəti BMT baş katibi Pan Gi Mun tərəfindən ləğv olunub. İran prezident Bəşar Əl-Əsədsiz keçid höküməti qurulmasına qarşıdır.

Sergey Lavrov Pan Gi Munun qərarını yanlışlıq adlandırıb, ancaq bunun fəlakət olmadığını deyib. O, İranın iştirakının nailiyyətə yardım edəcəyini bildirib.

Müzakirələrdən müsbət nəticə əldə ediləcəyinə dair gözləntilər zəifdir.

Suriya prezidenti Bəşar Əl-Əsəd hakimiyyətdən əl çəkməyəcəyini deyib.
XS
SM
MD
LG