ABŞ prezidenti çıxışının əsas hissəsini ABŞ iqtisadiyyatı və orta sinfin üzləşdiyi problemlərə həsr edib. Barak Obama varlılarla yoxsullar arasında boşluğun artdığını vurğulayaraq, Konqresi minimum əmək haqqının artırılmasına çağırıb.
İqtisadi inkişafı vurğulayan prezident iqtisadi böhrandan cəmi 5 il sonra ABŞ-ın XXI əsrdə dünyada ən yaxşı mövqedə olan ölkə olduğunu bildirib. Ancaq o, başlıca sualın bu inkişafın necə davam etdiriləcəyi barədə olduğunu da dilə gətirib. “Bu, ailələrə yardım olacaq. Bu, bizneslərin müştərilərə pul xərcləmək imkanı verəcək. Buna görə də biz “Hə” deməliyik."
Prezident bildirib ki, buna baxmayaraq bəzi amerikalılar gördükləri işin müqabilində az əmək haqqı aldığı halda, bəziləri ümumiyyətlə işsizdir. O, bu problem çıxış yolu minimum əmək haqqının qaldırılmasında, və təhsil imkanlarının artırılmasında və "dağılmış mühacirət sistemi"ni düzəltməkdə gördüyünü deyib.Cənab Obama deyib ki, müstəqil iqtisadçılar imiqrasiya islahatlarında inkişaflar bizim iqtisadiyyata müsbət təsir göstərəcək və defisit gələn 20 ildə təxminən 1 trilyon dollar qədər azalacaq.
"Obamacare" kimi tanınan səhiyyə islahatları qanununu müdafiə edən prezident bildirib ki, o, lazım olduğu zaman Konqreslə işləməyə hazır olduğu kimi, ehtiyac duyduğunda yalnız addım da ata bilər.
Çıxışı zamanı ABŞ-ın xarici siyasətinə çox az zaman ayıran Barak Obama Əfqanıstan, Suriya, İran və s. kimi məsələlərə toxunub. Prezident bu ilin sonunadək Birləşmiş Ştatların Əfqanıstanda missiyasının başa çatacağını vurğulayıb. Cənab Obama deyib ki, Əfqanıstanla münasibətlərimiz dəyişə bilər, Dəyişməyən bir şey var ki, o da terrorçuların ölkəmizə qarşı hücumlarına yol verməmək. “
İran məsələsindən danışan prezident təzyiqlərlə müşayiət olunan Amerika siyasətinin İrannın nüvə proqramını inkişafının qarşısını aldığını deyib.
Barak Obama 1 saat 5 dəqiqə davam edən İllik Hesabat Məruzəsinı "Allah Amerikanı qorusun!" sözləri ilə başa çatıb.