Suriyanın informasiya naziri deyib ki, BMT-nin xarici döyüşçülərin cinayətkarlar kimi səciyyələndirildiyi qətnaməsi suriya üçün siyasi qələbədir.
Rəsmi Vaşinqton İslam Dövləti qrupuna qarşı hava hücumları kampaniyasının üç ildir vətəndaş müharibəsi ilə qarşılaşan Suriya rejiminin xeyrinə olmayacağına təkid edirdi.
Lakin İnformasiya naziri Umran Əl-Zubi Dəməşqdə müxbirlərə deyib ki, ABŞ-ın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının dini ekstremistlərlə döyüşmək üçün ölkəyə səfərlərə qadağa qoyan qətnaməsi ölkə üçün müsbət inkişafdır.
ABŞ-ın başçılığı ilə hərbi koalisiyanın İslam Dövləti qrupunun militantlarına qarşı bu gün də davam etdirilən hava hücumları Suriyanın Türkiyə ilə sərhədində neft emalı zavodlarını hədəf alıb.
Suriyada döyüşən başlıca militant qruplardan biri olan Əl-Nusra Cəbhəsi hücumlarda iştirak edən ölkələrdən qisas alınacağına söz verib.