Accessibility links

Obama: Dünya İŞİD-ə qarşı mübarizədə birdir


ABŞ prezidenti Barak Obama ABŞ-ın İŞİD kimi tanınan İslam Dövləti qrupunun dağıdılıb məhv edilməsi strategiyasında dostlar və müttəfiqlərə başçılıq etməyə davam etdiyini bildirib.

Amerika xalqına həftəlik müraciətində cənab Obama militantların İraq, Suriya və Yaxın Şərq xalqları üçün təhlükə yaratdığını deyib. O bildirib ki, qarşısı alınmasa onlar Birləşmiş Ştatlar üçün də təhlükə yarada bilər.

ABŞ prezidenti deyib ki, Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatası və Senatda hər iki partiyanı təmsil edən qanunvericilər Amerika hərbçilərinə Suriyada İŞİD militantları ilə döyüşən Suriya müxalifət döyüşçülərinə təlim vermək səlahiyyəti verilməsinə səs verib. Prezident Obama bildirib ki, bu, amerikalıların təhlükənin qarşısını almaq məsələsində bir mövqedə olduğunu göstərir.

Cənab Obama deyib ki, o, İraqda daha bir müharibə, ya da Suriyada hərbi əməliyyatlara qatılmaq üçün ABŞ əsgərlərini göndərməmək qərarı verməsə də, Birləşmiş Ştatlar tərəfdaş ölkələrə gələcək təhlükəsiziyin təmin edilməsinə kömək etmək üçün öz imkanlarından istifadə edəcək.

ABŞ prezidentinin sözlərinə görə, bu mübarizə ABŞ-ın İŞİD-ə qarşı deyil, region və dünya ölkələrinin İŞİD-ə qarşı mübarizəsidir.

XS
SM
MD
LG