Accessibility links

ABŞ-ın hərbi liderləri prezident Obama ilə İŞİD-ə qarşı əməliyyatları müzakirə edib


ABŞ-ın hərbi liderləri prezident Barak Obamanı İslam Dövləti qrupunun militantlarına qarşı kampaniyanın detalları ilə bağlı məlumatlandırıb.

Amerika prezidenti ABŞ-ın Mərkəzi Komandanlığının başçısı general Lloyd Ostin və başqa hərbi rəsmilərlə görüş keçirib. ABŞ-ın Müdafiə naziri çak Heygel də müzakirələrdə iştirak edib. Onlar cənab Obamanın İslam Dövləti qrupunun məhv edilməsi kim qarşıya qoyulmuş məqsədə nail olunması üçün davam edən səyləri müzakirə ediblər.

Prezident Obamanın hərbi liderlərlə İraq silahlı qüvvələrinin ABŞ-ın hava hücumlarının müşayiəti ilə Bağdaddan cənubda İslam Dövləti qrupuna qarşı döyüşlər apardığı vaxt görüşüb.

Bu arada, ABŞ Konqresi cənab Obamanın Suriyada İslam Dövləti qrupuna qarşı mübarizə aparan və Suriya prezidenti Bəşar Əl-Əsədi hakimiyyətdən salmağa çalışıan müxalifət qüvvələrinə silah göndərib təlim verilməsinə dair təklifi ilə bağlı səsvermə keçirməyə hazırlaşır.

XS
SM
MD
LG