“Sığınacaq” və “Melanxoliya” filmləri artıq Kann kino-festivalında mükafatlara layiq görülüb və ola bilsin ki, Oskar mükafatına da nominasiya ediləcəklər. Cef Nikolsun “Sığınacaq” filmində müasir insan psixologiyasından danışılır. Lars Fon Trierin “Melonxoliya” filmində isə yaşadığı zamanla ayaqlaşa bilməyən zəif bir insandan söz açılır.
Körtes sevən ata və həyat yoldaşıdır. O, Ohayo ştatında qum karyerində işləyir. Körtes yuxu görür və yuxusunda sanki həqiqətdə olduğu kimi ildırım səsləri eşitdiyini deyir. Dəhşətli bir fırtına gəlir. Bu zaman onun görmə qabiliyyəti və düşüncəsi zəifləyir. Həkim Körtisin anasının otuz yaşlarında ikən şizofreniya xəstəliyinə tutulduğunu deyir. Körtis reallıqdan uzaqlaşır və ətrafda baş verənlər artıq onu maraqlandırmır. O, fəlakətdən yaxa qurtarmağın çarəsini bir sığınacaq tikməkdə görür və tikintiyə başlayır. Onun həyat yoldaşı Samanta narazı qalır. “Sən başa düşmürsən, mən bunu bizim üçün edirəm”-deyə, Körtis bildirir.
Samanta rolunu Cessika Çesteyn ifa edir. Samanta qızlarının səhətti ilə bağlı pula ehtiyacları olunduğu bir zamanda, ərinin pulları sığınacaq tikməyə sərf etməsindən narahatdır.
Rejissor Ceff Nikols Körtisin real həyatı ilə dəhşətli yuxuları arasında əlaqə yaratmağa çalışır. Tamaşaçı bu dilemmanı hiss edir.
“Melanxoliya” filminin qəhrəmanı Castin gəlindir. Toy günü Castinin fikri dəyişir. Castinin anası Qabi ərindən boşanıb və evlənməyin mənasız bir iş olduğunu düşünür. Bəlkə də elə anasının bu münasibəti Castinin depressiyaya düşməsinə səbəb olur.
Hadisələr toy mərasimində cərəyan edir. Bütün qonaqlar və qohumlar yığışıb. Lakin Castin hələ də görünmür. Qohumlar narazılığını bildirir. Toy mərasimi ekranda zəlzələnin yaratdığı dağıntılarla əvəz olunur.
Mavi rəngli Melanxoliya gözəl bir planetdir. Lakin o, Yer kürəsi ilə toqquşacaq. Dünyanın sonu yetişdikcə, Castin daha da mətanətli olur.
“Melanxoliya” filmində Castin rolunu ifa edən Kristin Danst Kann festivalının mükafatına layiq görülüb. Jastinin bacısı Kler rolunu Şarlott Ginsburq, Castinin bacısının əri Con pulunu isə Kifer Sutherlend ifa edir.
Rejissor Lars Fon Trier “Melanxoliya” filmində planetlərin toqquşmasını gözəl bir şey kimi təsvir edir və bunu kainatın özünü təmizləməsi kimi göstərir. Hər iki filmdə dağıntıların qaçılmaz, insan həyatının isə kiçik və əhəmiyyətsiz olduğu göstərilir.