Accessibility links

Klint İstvud "J. Edqar" filmində Federal Təhqiqat Bürosunun sabiq başçısının həyatından danışır (Video)


Klint İstvud "J. Edqar" filmində Federal Təhqiqat Bürosunun sabiq başçısının həyatından danışır (Video)
Klint İstvud "J. Edqar" filmində Federal Təhqiqat Bürosunun sabiq başçısının həyatından danışır (Video)

Filmdə J. Edqar Huverin anti-kommunist ideologiyasından danışılır

Oskar mükafatı laureatı, kinorejissor Klint İstvud məşhur aktyor Leonardo DiKaprio ilə birgə 1972-ci ildə vəfat etmiş, Federal Təhqiqat Bürosunun sabiq başçısı J. Edqarın həyatına həsr edilmiş film üzərində işləyir. Filmdə J. Edqar Huverin anti-kommunist ideologiyasından danışılır. Huver 1919-cu ildə nəyin bahasına olursa-olsun kommunizmin Amerikaya sızmaması yolunda mübarizəyə qalxır.

Film üç müharibənin və səkkiz prezidentin dövrünü, 50 ili əhatə edir. Filmdə Huver Makkavellist - məqsədi vasitəyə haqq qazandıran şəxs kimi xarakterizə edilir. O, Amerika vətəndaşları və siyasətçiləri haqda məlumat toplayır. Heç kim şübhədən kənarda deyil.

Amerikanın Səsinə müsahibəsi zamanı Klint İstvud filmin bəzi fraqmentlərinin dramatik xarakterli olduğunu deyir. Lakin o, Huverin Federal Təhqiqat Bürosu haqda məlumatlarının əksəriyyətinin təsdiq olunduğunu əlavə edir. “O, çox mühüm bir şəxsiyyət idi. O, baş polis idi və ölkədə ən güclü insanlardan sayılırdı.”

Film Huverin prezident Con Kennedi də daxil edilməklə yüksək səviyyəli şəxslər barədə məlumatlar topladığını təsdiq edir. Filmdə onun transkripltlərdən istifadə etdiyi nümayiş etdirilir. Kommunizmin qarşısının alınması məqsədi ilə Huver ölkənin baş prokuroru Robert Kennedini amerikalılara siyasi nəzarətin artırılmasının mühüm olduğunu inandırmağa çalışır. Filmdə Huver dominant şəxs olmaqla yanaşı, Hallivud ulduzları ilə təmas quran sosial ünsiyyətçi kimi göstərilir.

İstvud həm də Huveri uzaqgörən bir insan kimi də təsvir edir. Onun 1930-cu illərdə Con Dillincer kimi amansız bir qanqsterin həbs edilməsində böyük rolu olub.

Filmdə makiyajdan da böyük məharətlə istifadə edildiyini müşahidə edilir. Biz anasının onun ambisiyalarının artmasında yardım etdiyi bir vaxtını, gənc Edqarı görürük.

Aktyor Leonardo DiKaprio cəsarətli bir insan obrazını yaradır. “Bu çox mühüm bir amerikaləı haqdadır və biz bu obrazı yaratmaq üçün dərin təhqiqartalar aparmalı idik”- deyə, o bildirir.

Ziddiyətli obrazlar yaratmağı bacaran aktyor bu roluna görə də Oskar mükafatına layiq görülə biləcəyini düşünür. Rejissor Klint İstvud yəqin ki onun mükafata layiq görülə biləcəyini deyir. “O gözəl aktyordur və mən onunla işləməyi sevirəm.”

Filmdə ana rolunu aktrisa Cudi Denç, Huverin katibəsi Helen Qandini Neyomi Vatts, Klayd Tolsonu isə Armi Hammer ustalıqla ifa edirlər. İstvud Huveri amansız bir insan kimi göstərsə də, onu patriot kimi də canlandırır. Lakin Hoverin şəxsi həyatı sir olaraq qalır.

XS
SM
MD
LG