Accessibility links

Fransada “Les Homme Libres” adlı yeni film nümayiş etdirilib


Fransada “Les Homme Libres” adlı yeni film nümayiş etdirilib
Fransada “Les Homme Libres” adlı yeni film nümayiş etdirilib

Parisdəki məscidin baş ruhanisi Kəddur Ben Kabrit məsciddə müsəlmanlarla bərabər, yəhudi döyüşçülərə də sığınacaq verirdi

Bu yaxınlarda Fransada nümayiş etdirilən yeni filmdə II Dünya Müharibəsi zamanı müqavimət hərəkatının müsəlman və yəhudi üzvlərinin Paris məscidində gizlənməsindən bəhs edilir. İllərdir ki, Fransada II Dünya müharibəsi, nasistlərin bu ölkəni işğal etməsi barədə kitablar və məqalələr yazılıb, filmlər çəkilib. Lakin bir tarixi mövzuya demək olar ki toxunulmayıb, bu da müharibə dövründə müsəlmanların Fransadakı rolundan ibarətdir.

Bu yaxınlarda Fransa boyu nümayiş etdirilən “Les Homme Libres” – “Azad İnsan” adlı yeni filmdə Paris məscidinin baş ruhanisi Si Kəddur Ben Kabritin müqavimət hərəkatının müsəlmanlarla bərabər, yəhudi döyüşçülərə də məsciddə sığınacaq verdiyindən söhbət açılır. Bəziləri çox az sayda insana sığınacaq verildiyini desə də, məhz bunun sayəsində həmin insanlar deportasiya və ya ölümdən xilas ola biliblər.

Paris məscidinə hazırda başçılıq edən Dalil Bubəkir bu əhvalatı yaxşı bilir. Cənab Bubəkir illərdir Bin Kəbritin müharibə dövrü fəaliyyətini media və konfranslar vasitəsi ilə cəmiyyətə çatdırmağa çalışdığını deyir. Lakin o, bunun çox çətin olduğunu, şahidlərin çoxunun artıq dünyasını dəyişdiyini, sənədlərin isə hökumət idarələrdində basdırılıb qaldığını deyir.

Həmin sənədlərdə müharibə dövründə Paris məscidində baş verənlərdən və müsəlmanlardan danışılırdı. Lakin hadisələr haqda ilk dəfə bu filmdə söz açılır.

Filmə məsləhətçi kimi dəvət edilən Şimali Afrika üzrə ekspert Bencamin Stora filmin başqalarından fərqli olduğunu deyir. Ekspert deyir ki, insanlar filmə baxarkən 1930-cu 40-cı illərdə Fransada 100 minə qədər şimali afrikalının yaşadığı barədə məlumat alır. O, onların çoxunun Əlcəzairdən gəldiyini, bəzilərinin nasistlərlə əlbir olmalarına baxmayaraq, çoxlarının Fransanın Müqavimət Hərəkatına qoşulduğunu deyir.

Ekspert Bencamin Stora deyir ki, Fransada müharibə dövründə müsəlman icması haqda məlumatın olmaması icma üzvlərinin sonradan Əlcəzairin müstəqilliyini əldə etmək uğrunda Fransa ilə müharibə zamanı həlak olması ilə bağlıdır.

Nasistlərin Fransaya işğalı zamanı Parisdə Şimali Afrika yəhudiləri də yaşayırdı. Exspert onların da müsəlmanlar kimi ərəb dilində danışdıqlarını deyir. O, yəhudilər və müsəlmanların eyni yemək yediyini, Əndəlus musiqisinə qulaq asdırlarını deyir.

Lakin İsrail-Fələstin münaqişəsinə görə bu gün Fransada yəhudi və müsəlman icmaları arasında münasibətlərin durumu pisləşib. Paris məscidinin baş ruhanisi Bubəkir isə bu yeni filmin müsəlmanlarla yəhudilər arasında münasibəti dəyişəcəyinə ümid etdiyini deyir.

XS
SM
MD
LG