Accessibility links

Repressiyalara, işgəncələrə, fəallara təzyiqlərə son qoyulması tələb olunur


Siyasi məhbuslar
Siyasi məhbuslar

Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı repressiyalar dalğasının geniş vüsət aldığını bildirir. Qurban Məmmədov vicdan məhbusdur.

Azərbaycanda prezident seçkiləri ərəfəsində repressiya dalğası geniş vüsət alır. Bu barədə “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının üzvü, keçmiş “vicdan məhbusu” Elşən Həsənov bugünkü “dəyirmi masa”da bildirib.

O bildirib ki, repressiyalar yalnız siyasi fəallara qarşı deyil, həm də sıravi vətəndaşlara qarşı həyata keçirilir. E.Həsənov həbs olunanlara qarşı işgəncələrin verildiyini qeyd edib.

Siyasi repressiyalara son nümunə kimi hüquqşünas Qurban Məmmədova qarşı cinayət işini göstərib

Vətəndaş cəmiyyətinin digər fəalı, hüquqşünas Namizəd Səfərov bildirib ki, hakimiyyət demokratiya uğrunda mübarizələrə qarşı müharibə elan edib.

“Qurban Məmmədov siyasi motivlərlə, hakimiyyəti açıq tənqid etdiyinə görə həbs olunub”, - N.Səfərov vurğulayıb və yol qəzasının törədilməsi ilə bağlı ittihamın əsassız olduğunu bildirib.

Hüquq müdafiəçisi Vidadi İsgəndərov vətəndaşların siyasi motivlərlə ayrı-seçkiliyə məruz qaldığını bildirib. O xatırladıb ki, Yeni Azərbaycan Partiyasından deputat Aydın Mirzəzadənin sürücüsü ölümlə nəticələnən yol qəzası törədib, amma həbs olunmayıb. Lakin Q.Məmmədov həbs edilib.

Keçmiş müdafiə naziri Rəhim Qazıyev vətəndaş cəmiyyətini konsolidasiyaya çağırıb. Onun fikrincə, yalnız birgə səylərlə repressiyaların və qanunsuzluğun qarşısını almaq olar.
Görüşün yekunlarına əsasən bəyanat qəbul olunub. Bəyanatda repressiyalara, işgəncələrə, fəallara təzyiqlərə son qoyulması tələb olunur. Bundan əlavə, sənəddə Amnesty İnternational Qurban Məmmədovu “vicdan məhbusu” kimi tanımağa çağırılır.

Öz növbəsində, hakimiyyət rəhbərləri ölkədə siyasi motivlərlə həbslərin olmadığın deyir. Onların firkincə, Azərbaycan hüquqi dövlətdir və hüququn aliliyi qorunur. İnsanlar yalnız əməllərinə görə məsuliyyətə cəlb edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG