Hüquqşünas Namizəd Səfərov Amerikanın Səsinə müsahibəsində uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş, tanınmış hüquqşünas Qurban Məmmədovun həbsinin səbəblərindən danışıb.
Onun fikrincə, Məmmədovun həbsi sifarişdir.
“Sifariş hakimiyyətin yüksək dairələrindən verilib. Sadəcə olaraq avtoqəza faktından istifadə edilib. Avtoqəza 2012-ci ilin sentyabrında olub. Qurban Məmmədovun günahkar olması sübut olunmasa belə, o xəsarət almış insanı xəstəxanaya aparıb, müalicə xərclərini ödəyib, ailəsinə kömək edib. Hadisə zamanı ölüm olmayıb”.
Bu avtoqəza maksimum həddə Azərbaycan Cinayət Məcəlləsinin 263.1-1 maddəsi ilə məsuliyyət yaradıb.
“Bu maddə ilə indiyədək istintaq dövründə həbs faktı mənə məlum deyil. Ölkədə ilk olaraq Qurban Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib”.
Hüquqşünas deyib ki, Məmmədov son 20 ildə aktiv ictimai-siyasi mövqedən çıxış edib.
“Baş verən hadisələrə fəal vətəndaş mövqeyi nümayiş etdirib. O son 20 ildə aktiv mövqeyinə görə iki dəfə cinayət məsuliyyətinə cəlb olunub, hədələrə məruz qalıb. Məqsəd onu susdurmaqdır. Bəli, son məqama qədər susmursansa həbsdə oturmalısan”.
Onun dediyinə görə, yaxın günlərdə tanınmış hüquqşünaslar Qurban Məmmədovun hüquqlarını ictimai müdafiə komitəsi yaradacaq.
N.Səfərov məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini deyib, ancaq şikayətin təmin ediləcəyinə inanmır.
“Qurban Məmmədovu həbsdən azad edəcək hakimi tanımıram”, o qeyd edib.