Accessibility links

Oqtay Əsədov: Bu qanun layihəsinin Konqresdən keçəcəyinə inanmıram


Oqtay Əsədov
Oqtay Əsədov

ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit vaxtilə Demokratlar Partiyasının üzvü, sonra Respublikaçılar Partiyasının üzvü olub, indi də Ermənistan diasporasının üzvüdür.

Trend agentliyinin məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentinbu gün keçirilən plenar iclasında ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitin Konqresə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim etməsinə münasibət bildirərkən deyib.

O.Əsədov bildirib ki, bu məsələni o qədər də şişirtmək lazım deyil: “Bəzi jurnalistlər bunu şok hadisə kimi təqdim edirlər. Bunun nəyi şokdur? Bu adi bir komissiyadır. Məsələni bu bu cür şişirtmək çox böyük səfdir”.

O.Əsədov deyib ki, Kris Smit adi bir konqresmendir. Spiker bu qanun layihəsinin Konqresdən keçməyəcəyini bildirib: “ABŞ Konqresində kifayət qədər Azərbaycanın dostları var. Bu qanun layihəsinin Konqresdən keçəcəyinə inanmıram”.

O.Əsədov bildirib ki, Kris Smit erməni diasporasının təsiri altında olan adamdır.

Dünya Azərbaycanlıları Günü ərəfəsində əfv fərmanının imzalanması gözlənilir. İstəyirlər desinlər ki, guya biz dedik, Azərbaycan hökuməti də o adamları buraxdı. İkincisi istəyirlər ki, onların adını çəkdiyi adamlar buraxılmasın və bundan da Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etsinlər. Onlar bu yolla Azərbaycanı təxribata çəkmək istəyirlər.

Oqtay Əsədov

O.Əsədov sonra qeyd edib ki, Kris Smitin bu hərəkəti iki məqsəd daşıyır: "Dünya Azərbaycanlıları Günü ərəfəsində əfv fərmanının imzalanması gözlənilir. İstəyirlər desinlər ki, guya biz dedik, Azərbaycan hökuməti də o adamları buraxdı. İkincisi istəyirlər ki, onların adını çəkdiyi adamlar buraxılmasın və bundan da Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etsinlər. Onlar bu yolla Azərbaycanı təxribata çəkmək istəyirlər”.

O.Əsədov bildirib ki, Ermənistan diasporunun ən radikal rəhbərlərindən biri Aram Hamparyan Twitter səhifəsində Smitlə ABŞ Konqresində çəkilmiş şəkil qoyub: “Qeyd edib ki, onun işini dəstəkləmək üçün ABŞ Konqresində Smitlə görüşlər keçirir. Bu göstərir ki, Kris Smit kimdir”, o qeyd edib.

Report agentliyinin məlumatına görə isə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, ABŞ-ın siyasəti ermənipərəst, faktiki ermənilərin sifarişini yerinə yetirən şəxslərin girovuna çevrilmiş siyasətə çevrilib.

O bildirib ki, bu kimi hallar ABŞ-ın özünə mənfi təsir göstərir: “Helsinki Komissiyası ABŞ-ın ATƏT-lə əməkdaşlıq etməsi üçün yaranmış qurumdur. Kris Smit hazırladığı anti-Azərbaycan layihəsi vasitəsilə böyük təxribatların yaranması üçün əlindən gələni edir”.

S.Səmədov qeyd edib ki, belə bir layihənin hazırlanması ermənispərəst və Azərbaycana qarşı işləyən qüvvələrin birbaşa fəailiyyəti ilə bağlı məsələdir.

Belə bir layihənin hazırlanması ermənispərəst və Azərbaycana qarşı işləyən qüvvələrin birbaşa fəailiyyəti ilə bağlı məsələdir.

Səməd Seyidov

Komitə sədri deyib ki, Avropa Şurası Parlament Assambleyasının yanvarda keçiriləcək qış sessiyasında Dağlıq Qarabağ və erməni işğalında olan digər ərazilərlə bağlı bir neçə sənəd müzakirə olunacaq: "Bütün bunlar Azərbaycan nümayəndə heyətinin gördüyü işlər nəticəsində mümkün olub. Azərbaycan bu gün regionda sülh siyasətini əsas götürən önəmli dövlətlərdən biridir”.

Deputat Sahib Alıyevın sözlərinə görə, Azərbayan ABŞ-la hərtərəfli əməkdaşlıq edir: “Bu da sırf iki ölkənin maraqlarına xidmət etmir. Bu bütün dünyadakı sabitliyin qorunmasına xidmət edən münasibətlərdir”.

O bildirib ki, ABŞ-dakı erməni lobbisinin təsiri altında olan qüvvələr iki ölkə arasında olan münasibətlərə hər zaman xələl gətirməyə çalışır: “Bu kimi qüvvələr Azərbaycanı Ermənistana və Dağlıq Qarabağa təcavüz etməkdə günahlandırırlar. Halbuki təcavüzə məruz qalan, məhz bizik. Söhbət ondan gedir ki, ABŞ bölgədə müsbət rollar oynayan ölkədir. Ona görə də bu cür hərəkətlər ABŞ-ın öz maraqlarına qarşı yönəldən addımlardır”.

Deputat Fəzail Ağamalı və Fazil Mustafa Azərbaycanın regionda artan nüfuzunun bəzi qüvvələri narahat etdiyini vurğulayıblar: “Ona görə də bəzi ermənipərəst qüvvələr ölkəmizə qarşı bəzi mənasız fikirlərdən çıxış edirlər”.

Deputat Qüdrət Həsənquliyev isə əlavə edib ki, bu addım erməni lobbisinə yaltaqlanmaq üçündür.

XS
SM
MD
LG