Accessibility links

Rauf Mirqədirovun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib


Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə materiallar məhkəməyə göndərilib.

Vəkil Fuad Ağayevin Amerikanın Səsinə verdiyi məlumata görə, cinayət işi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Onun sözlərinə görə, Rauf Mirqədirov iş materialları ilə tanış olub və daha ona verilən ittihamların əsassız olduğunu bildirib.

R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Həbsin əsl səbəbi Mirqədirovun dövlətə xəyanət ittihamı ilə həbs edilmiş Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun layihələrində iştirakıdır.

L.Yunus və həyat yoldaşı Arif Yunus barəsində dövlətə xəyanət ittihamı ayrıca icraata ayrılıb və onlar iqtisadi cinayətlərə görə mühakimə olunublar.

XS
SM
MD
LG