Accessibility links

Ombudsman Rauf Mirqədirov və Arif Yunusla görüşüb


Elmira Süleymanova
Elmira Süleymanova

Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan şəxslərdən journalist Rauf Mirqədirov, tarixçi Arif Yunusov və digərləri ilə təkbətək qaydada görüş keçirib. Təklikdə söhbət zamanı onlar bu müəssisədə saxlanılma şəraiti, habelə müəssisə əməkdaşlarının rəftarından şikayət etməyib, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildiriblər. Bu barədə Ombudsman Aparatının mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, MTN-nin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib. Başçəkmədə məqsəd saxlanılma şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.

Görüşlərdən sonra Süleymanova saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verib.

XS
SM
MD
LG