Mayın 12-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Rauf Mirqədirovun həbs müddətinin 4 ay uzadılmasından verdiyi şikayəti təmin etməyib.
Vəkil məhkəmənin qərarını qanunsuz adlandırıb.
Mirqədirov özü məhkəmədə çıxış edərkən təqsirsiz olduğunu bildirib və bəraət tələb edib.
Fuad Ağayev Mirqədirovun səhhətində problemlər olduğunu qeyd edib.
Vəkil həmçinin bildirib ki, şikayətə baxılarkən istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror (baş prokurorun birinci müavini Rüstəm Usubov) deyil, müstəntiq İbrahim Ləmbəranski iştirak edib ki, bu da qanun pozuntusudur.
Xatırladaq ki, Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədən deportasiya edildikdən dərhal sonra Bakıda saxlanılıb. Ona qarşı Ermənistanın xeyrinə casusluq şəklində dövlətə xəyanət ittihamı irəli sürülüb.
Müdafiə tərəfi bu iddiaları uydurma və əsassız hesab edir.