İrandakı mövcud hakimiyyətə müxalif 10 təşkilat bu yaxınlarda birgə bəyanat yayımlayaraq respublikaçılıq, federalizm və demokratiya prinsipləri əsasında ittifaq yaratdıqlarını bildiriblər.
Bəyanatı yayımlayan qruplardan biri olan Azərbaycan Demokratik Birliyi Təşkilatının (Birlik) sözçüsü Simin Səbri bu barədə Amerikanın Səsinə müsahibə verib.
Ümumiyyətlə bu müxalif qruplar İslam Respublikasının getməsini əsas tuturlar. Reform istəmirlər. İslam Respublikasını islaholunmaz görürlər.
Simin Səbrinin dediklərinə görə, ittifaq daxilində olan 10 təşkilat İranda mərkəzləşdirici olmayan demokratik bir dövlətin qurulması uğrunda birgə fəaliyyət göstərmək məqsədilə bir araya gəliblər.
“Bu təşkilatlar İranda qeyri-mərkəziyyətçi bir dövlət və federal bir hökümət sistemi istəyirlər. Demokratiyanın yolu da belə bir strukturdan keçir. Bunun təşəbbüskarı biz olmadıq. Biz əslində buraya çağrıldıq və çağırışı qəbul edən təşkilatlardan olduq,” Norveçdə yaşayan güneyli həkim və siyasi fəal deyir.
Bu ittifaqda İranın kürd icması 4 nümayəndə ilə təmsil edilirkən, türk, ərəb və bəluç icmalarının hər biri bir nümayəndə ilə təmsil olunur.
Digər üç təşkilatsa hər hansı bir etnik icmanı təmsil etmir. Simin Səbrinin söylədiklərinə görə, bu üç qrup əsasən sosial siniflərin hüquqları uğrunda mübarizə aparır.
“Demokrat-federalist və sekular yəni dünyəvi dövlətçiliyə inanan təşkilatlar bu ittifaqi təşkil ediblər. Qadın haqlarına inanırlar. Ən önəmlisi də, bizi bu ittifaqa qatılmağa təşviq edən bu oldu ki, bu təşkilatlar açıq şəkildə İranı çox-millətli bir ölkə bilir və bu millətlərə daxili siyasətdə öz müqəddəratını təyin etmə haqqı tanıyırlar,” türk fəal bəyan edir.
Biz indidən, federalizm və demokratik sosializm formasında bir dövlət istədiyimizi bildiririk.
Simin Səbrinin sözlərinə görə, ittifaq bəyanatını imzalayan təşkilatlar İslam Respublikasının islaholunmaz bir rejim olduğuna inanırlar:
“Ümumiyyətlə bu müxalif qruplar İslam Respublikasının getməsini əsas tuturlar. Reform istəmirlər. İslam Respublikasını islaholunmaz görürlər. Əlavə olaraq, bunlar hamısı sol təmayüllü təşkilatlardır.”
O, əlavə edir, “bizim təşkilat (Azərbaycan Demokratik Birliyi) də elədir. Təşkilatımızın üzvləri türkdürlər. Amma bizim məsələmiz bu deyil ki, sadəcə öz müqəddəratımızı təyin etmə haqqımızı alaq və sonra düşünək ki, yeni dövləti hansı çərçivədə idarə edəcəyik... Biz indidən, federalizm və demokratik sosializm formasında bir dövlət istədiyimizi bildiririk.”