Milli Yol Təşkilatının nümayəndəsi Aydın Maralanlı Amerikanın Səsi ilə söhbətdə son vaxtlar bir neçə təşkilatın bir araya gəlməsi ilə formalaşan Güney Azərbaycan İstiqlalçılar Birliyi və bu birliyin fəaliyyətləri, prinsipləri və hədəfləri haqqında danışıb.
Maralanlının dediyinə görə, “Güney Azərbaycan Demokratik Türk Birliyi”, “Güney Azərbaycan Milli Yol Təşkilatı”, “Güney Azərbaycan İstiqlal Partiyası” və “Vahid Müstəqil Azərbaycan Cəbhəsi” hazırda bu birliyin tərkibində yer alır.
Qərb ölkələrinin İranla nüvə anlaşması İslam Respublikasına cəza yerinə təşviq oldu.
“Biz o təşkilatlardan ki, məramnamələrində açıqlıqla istiqlala inandıqlarını qeyd ediblər dəvət edəcəyik ki bu birliyə qatılsınlar. Təəssüf ki, siyasətdə şəffaflığa önəm verməyən bəzi təşkilatlarımız var. Bunların proqramları ilə düşüncələri biraz fərqlidir. Düşüncədə istiqlala inanırlar, amma proqramlarında konkret şəkildə istiqlaldan söz etmirlər,” Aydın Maralanlı söyləyib.
O, birliyin bu yaxınlarda İsveçin paytaxtı Stokholm şəhərində toplantı keçirdiyini bildirib. Birliyə üzv olan təşkilatlardan əlavə İranın ərəb cəmiyyətinə mənsub təşkilat nümayəndələri də toplantıda iştirak ediblər.
İran və Qərb ölkələri arasındakı münasibətlərə dair düşüncələrini açıqlayan Aydın Maralanlının bildirdiyinə görə, birlik bu münasibətlərə təsir göstərmək məqsədilə lobbiçilk fəaliyyətləri aparacaq.
Biz ümid edirik ki, Qərb İranın gerçəklərini qəbul edəcək və İrandakı xalqlar və onların müstəqilliyinə dəstək verəcəkdir.
Maralanlı prezident Trampın ABŞ-ın İranla nüvə sazişindən çıxma qərarına işarə edib.
“Qərb ölkələrinin İranla nüvə anlaşması İslam Respublikasına cəza yerinə təşviq oldu. O, bu razılaşma vasitəsilə əldə etdiyi legitimlik və maliyyə ilə öz yıxıcı siyasətini davam etdirdi və bölgəni daha da artıq savaşa sövq etdi. Sevindiricidir ki, ABŞ nəhayətdə bu məsələni anladı və prezident Tramp bu sazişdən ayrıldı.”
Milli fəal deyir ki, “bundan sonra tətbiq ediləcək sanksiyalar mövzusunda diqqətli olmalıyıq. Bu sanksiyalar sırf milləti hədəf alsa və ya rejimin yıxılmasından sonrası üçün bir plan olmasa, açıqcası o gözlənilən nəticəyə çatılmaz. Biz ümid edirik ki, Qərb İranın gerçəklərini qəbul edəcək və İrandakı xalqlar və onların müstəqilliyinə dəstək verəcəkdir.”
Aydın Maralanlı türklər və İranın digər qeyri-fars cəmiyyətlərin məsələlərini anlatmaq istiqamətində İstiqlalçılar Birliyinin başlatdığı lobbiçilik fəaliyyətlərinə işarə edərək, bu növ fəaliyyətlərin davam ediləcəyini ifadə edib.