Accessibility links

İranda müxalifət teokratik rejimin getməsini istəyir, bəs sonrası?


Teokratik rejimin tarixdən silinməsinə dair İran müxalifəti arasında bir konsensus mövcuddur. Ancaq, Amerikanın Səsinə danışan müasir tarix tədiqatçısı Ələsgər Haqdarın fikrincə, bunun nə şəkildə həyata keçiriləcəyi və yerinə hansı sistemin gətirələcyinə dair hələlik vahid fikir formalaşmayıb.

Ələsgər Haqdar: Müxalifət teokratik rejimin getməsini istəyir
please wait

No media source currently available

0:00 0:11:06 0:00

Bəzi müxaliflər etnik icmalar və onların hüquqları ilə əlaqədar baxışlarını müəyyənləşdirməyiblər. Onlar buna 40 il əvvəlki kimi baxırlar mı, yoxsa indi daha modern bir baxışları varmı?”

“Bir sıra məsələlər var ki, ixtilaf mövzusudur. Məsələn Rza Pəhləvi ya Xalqın Mücahidləri kimi qruplar indiyə qədər etnik icmalar və onların hüquqları ilə əlaqədar baxışlarını müəyyənləşdirməyiblər. Onlar buna 40 il əvvəlki kimi baxırlarmı, yoxsa indi daha modern bir baxışları varmı?” Ələsgər Haqdar söyləyir.

Araşdırmaçı yazar hesab edir ki, İranın müxtəlif etnik icmaları və siyasi qrupların özlərinə məxsus tələbləri olsa da, bir çox istəkləri də müştərəkdir. O, əsas müştərək tələbin İslam Respublikasının getməsi tələbi olduğunu vurğulayır.

Ələsgər Haqdar
Ələsgər Haqdar

“Azərbaycan və digər bölgələrdə yaşayan türklər olaraq, bizim bir sıra məhəlli və milli tələblərimiz vardır. Bir də İranın tamamı ilə müştərək tələblərimiz var. Çünki, biz indi İran çərçivəsində yaşayırıq. Bunu inkar edə bilmərik. Sabah məlum olacaq ki, bu çərçivə kiçilər ya hansı formaya düşər,” deyə Ələsgər Haqdar qeyd edir.

O, əlavə edir, “bizim minimum tələbimiz budur ki, ana dilimiz rəsmi olsun. Təhsil türk dilində olsun. Amma tələblərin tamamı bundan ibarət deyil.”

XS
SM
MD
LG