Accessibility links

Həsən Şəriətmədari: İranın bütün siniflərini təmsil edən hakimiyyət alternativi yaranmalıdır [Audio-Müsahibə]


Həsən Şəriətmədarinin sözlərinə görə, orta sinif iranlılar ölkədə cərəyan edən etiraz aksiyalarına çox qatılmırlar. Amerikanın Səsinə müsahibə verən siyasi təhlilçi hesab edir ki, toplumun müxtəlif siniflərini təmsil edə bilən bir hakimiyyət alternativi yaransa, əhali gələcəyə ümidvar olar və sadəcə çarəsiz olanlar deyil, orta sinif də küçəyə çıxar.

Həsən Şəriətmədari İranda orta sinfin siyasi aktiviliyini şərh edir
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Mərhum Ayətullah Məhəmməd Kazım Şəriətmədarinin oğlu deyir ki, keçən dekabr və yanvar ayında baş qaldıran kütləvi etirazlardan bəri İranda təqribən hər gün etiraz aksiyaları təşkil olunur.

Bizim etnik qruplar gərək digərləri ilə oturub, bir konstitusiya haqqında müzakirə edələr. Bu konstitusiya elə tənzimlənməlidir ki, etnik qruplar razı ola, məsələn bizim türklər razı ola. Tehranda oturan razı ola...

“Etirazçılar hərdən bir yorulur. Ya onları tuturlar, vururlar və zindana atırlar. Lakin etirazların qarşısını ala bilmirlər. İranda təqribən hər gün etiraz var. Amma hələ ki, İranda bu hakimiyyətə bir alternativ yoxdur,” Şəriətmədari söyləyir.

O, bir hakimiyyət alternativinin ortada olmadığını, orta sinif iranlıların geniş şəkildə etirazlara qatılmamasının əsas səbəbi kimi dəyərləndirir:

“Xüsusilə orta sinif ki, əldən verəcək bir şeyləri var və həyatın təzyiqləri də o qədər olmayıb ki, küçəyə çıxsın, hələ gözləyir. O, gözləyir ki, dayana biləcəyi bir qüvvə ortaya çıxsın.”

Sabiq Müsəlman Xalq Respublikası Partiyasının rəhbərlərindən olan cənab Şəriətmədari belə bir alternativin təşkili istiqamətində müzakirələrin yürüdüyünü bildirir.

“Biz indi bununla məşğuluq ki, bu alternativi təşkil edək. Yəni bir qrup toplayaq ki, hər sinifdən hər dəstədən bir neçə şəxs olsun və bunların cəmi İranı təmsil etsin. Bu olsa, xalqın dayana biləcəyi möhkəm bir divar olar. Xalq gələcəyini onda görə bilər. Bilər ki, meydana gəlsə bir nəticə əldə edəcək... Xalq biləcək ki, bu vəziyyətdən demokratik bir vəziyyətə keçmək üçün nizamlı bir plan var,” deyə o ifadə edir.

Belə bir alternativ xalqın dayana biləcəyi möhkəm bir divar olar. Xalq gələcəyini onda görə bilər. Bilər ki, meydana gəlsə bir nəticə əldə edəcək... Xalq biləcək ki, bu vəziyyətdən demokratik bir vəziyyətə keçmək üçün nizamlı bir plan var,

Şəriətmədarinin fikrincə, toplumun müxtəlif sinifləri, o cümlədən etnik icmalar və qadınların problemlərinin müzakirəsi İslam Respublikasından sonraya qalmamalı və indidən aparılmalıdır.

O, deyir, “gərək indidən bir ana qanun (konstitusiya) üzərində razılıq ola. Məsələn, bizim etnik qruplar gərək digərləri ilə oturub, bu konstitusiya haqqında müzakirə edələr. Bu konstitusiya elə tənzimlənməlidir ki, etnik qruplar razı ola, məsələn bizim türklər razı ola. Tehranda oturan razı ola... Ya qadınlarla razılaşalar ki, onların hüquqları nə şəkildə həyata keçirilməlidir.”

Həsən Şəriətmədari həmçinin müxtəlif ictimai qrupların arasında qarşılıqlı etimadın bərpa edilməsinin zərurətindən bəhs edir:

“Bu müxtəlif siniflər ictimai sahədə də danışmalıdırlar... Gərək ki, bir-birlərinə etimad edələr. İran toplumunda olan bir çatışmazlıq da bir-birinə etimadın olmamasıdır. Hərkəs öz kölgəsindən qorxur... Bir də gələcəyə ümidləri yoxdur. Daha sonra nə olacağını bilmirlər. Bu toplumun gərək ümidi ola. Bir-birlərinə gərək etimadları ola. Gərək oturub danışalar.”

O, əlavə edir, “bu hakimiyyət normal bir hakimiyyət deyil. Normal rejimlər krizdən, böhrandan qorxarlar. Lakin, bu, böhran yaradan və o böhranı idarə edən bir hakimiyyətdir... Buna görə də, doğrudan da bu hakimiyyətdə çox şey həll olunmaz. Amma məsələlərin hamısı danışılmalıdır və daha sonra həll olunması üçün planlar olmalıdır.”

XS
SM
MD
LG