Accessibility links

Rüstəm İbrahimbəyov Milli Şuranın sədrliyindən istefa verir


Kinodramaturq Rüstəm İbrahimbəyov
Kinodramaturq Rüstəm İbrahimbəyov

Məsələnin Milli Şuranın dekabrın 3-də keçiriləcək sesiyasında müzakirəsi gözlənilir

Rüstım İbrahimbəyov Milli Şuranın sədrliyindən istefa verəcəyini bildirib.

Məsələnin Milli Şuranın dekabrın 3-də keçiriləcək sesiyasında müzakirəsi gözlənilir.

Ibrahimbəyov "Azadlıq" qəzetinə deyib ki, Milli Şuranın dekabrın 3-nə təyin olunan sessiyasında qurumun sədrlik institunun saxlanmasına tərəfdardır və bu posta Şuranın prezidentliyə namizədi olmuş professor Cəmil Həsənlini təklif edir.

R.İbrahimbəyov təklifini artıq yazılı şəkildə Milli Şuraya göndərdiyini bildirib.

"Mən təkilfimi Bakıya, Milli Şuranın sessiyasına göndərmişəm. Düşünürəm ki, obyektiv səbəblərdən Bakıda ola bilmədiyim üçün sədrlikdən getməyim yaxşı olar. Bu vəzifəni Cəmil bəy üzərinə götürsə yaxşıdır. Çünki o, daim Bakıdadır və Şuranın işində birbaşa iştirak edə bilir. Doğrudur, bizim qərarların qəbulu və başqa məsələlərlə bağlı məsləhətləşmək imkanımız var və məsləhətləşirik. lakin elə vəziyyətlər yaranır ki, yerində qərar vermək lazım gəlir, mənimlə əlaqə isə texniki səbəblərdən hər zaman alınmır. Bu baxımdan da Milli Şuranın üzvlüyündə qalmaq və işində fəal iştirak etməklə sədrlikdən getmək qərarına gəlmişəm".

İbrahimbəyov bununla bağlı Cəmil Həsənli ilə danışdığını da bildirib.

"Cəmil bəy buna razılıq vermirdi. O, həmsədrlik institunun yaradılması ilə də razılaşmırdı, mənim sədrliyim altında fəaliyyət göstərmək mövqeyində idi. Amma danışıqlarımızın sonunda mənə elə gəlir ki, Cəmil bəy təklifimlə razılaşdı".

Rüstəm İbrahimbəyov yalnız sədrlikdən istefa vermək istədiyini, mövqeyində qaldığını və Milli Şuranın işində fəal iştirak edəcəyini təkrar vurğulayıb və bildirib ki, bütün hallarda son qərarı Şura üzvləri sessiyada verəcəklər. O, sadəcə təklifini göndərib və sədrliyə Cəmil Həsənlinin namizədliyini əsaslandırmalarla təklif edib. Hansı qərarın qəbul olunacağı isə Milli Şuranın üzvlərindən asılıdır. Xəbəri “Azadlıq” qəzetinin internet saytı yayıb.
XS
SM
MD
LG