Accessibility links

Cəmil Həsənli Senat və Konqresdə görüşlər keçirib


Milli Şuranın prezidentliyə keçmiş namizədi Freedom House təşkilatının prezidenti Deyvid Kramerlə də görüşüb

Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli ABŞ paytaxtı Vaşinqtonda görüşlərini davam etdirir.

Cənab Həsənli Amerikanın Səsinə bildirib ki, Freedom House təşkilatının prezidenti Deyvid Kramerlə görüşdə Azərbaycanda demorkatiyanın, mətbuatın vəziyyəti, habelə siyasi məhbuslarla bağlı fikir mübadiləsi aparılıb.

Cəmil Həsənli Vaşinqton görüşləri çərçivəsində Karnegi Beynəlxalq Sülh Fondunda da çıxış edib.

Görüşlərini Senatın Xarici Əlaqələr Komitəsində davam etdirən Milli Şuranın prezidentliyə keçmiş namizədi burada Azərbaycan-Amerika münasibətləri, Azərbaycandakı seçkilər və regionda vəziyyəti müzakirə edib.

Amerikanın Səsinin rəhbəri ilə görüşdən sonra Cəmil Həsənli ABŞ Konqresinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komitəsində görüşlərini davam etdirib. Burada Milli Şura və onun müasir Azərbaycan cəmiyyətindəki yeri, ölkədə demorkatiyanın durumu, avtoritarizmin güclənməsi kimi məsələləri geniş müzakirə olunub.

Bu gün Cəmil Həsənli Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda təşkilatının keçirdiyi "Cəmil Həsənli ilə söhbət" forumundan sonra görüşlərini davam etdirəcək. Bakı vaxtı ilə saat 21:00-dan etibarən Cəmil Həsənli ilə söhbəti Amerikanın Səsinin veb səhifəsindən canlı izləyə bilərsiniz.
XS
SM
MD
LG