Accessibility links

Moksvada ədalətli seçki tələbilə on minlərlə insanın toplaşdığı mitinq keçirilib


Moksvada ədalətli seçki tələbilə on minlərlə insanın toplaşdığı mitinq keçirilib
Moksvada ədalətli seçki tələbilə on minlərlə insanın toplaşdığı mitinq keçirilib

Moskvada Baş nazir Vladimir Putinin iqtidar partiyasının qələbə çaldığı 4 dekabr partlament seçkilərində pozuntulara etiraz məqsədilə keçirilən mitinqdə on minlələrlə insanın iştirak edib. Mitinqin təşkilatçıları Saxarov prospektində ədalətli seçki tələbilə nümayişdə təxminən 100 min insanın iştirak etdiyini bildirir. Moskva polisi mitinqə toplaşanların sayının təxminən 28 min olduğunu deyir. Nümayişçilər Rusiyada ədalətli seçkilərin keçirilməsinə və cənab Putinin 12 illik hakimiyyətinə son qoyulmasına çağıran liberallar, millətçilər və başqa qruplardan ibarət yeni hərakatın simvolları olan ağ bant və ağ şarlarla gəlib. Moskva ilə yanaşı Rusiyanın başqa böyük şəhərlərində də ədalətli seçki tələbilə mitinqlər keçirilib. Müxalifətdə olan siyasətçi Vladimir Rıjkov Amerikanın səsinə deyib ki, hökumət azad və ədalətli seçkilər keçirməsə və seçkiləri saxtalaşdırınlar cəzalandırılmasa milyonlarla insan etiraz nümayişlərinə qatılacaq. İki həftə bundan öncə Baş nazir Vladimir Putinin Vahid Rusiya partiyasının dekabrın 4-ü seçkilərinin qalibi olduğu elan edildikdən sonra Moksva və başqa şəhərlərdə eyni etiraz nümayişləri keçirilmişdir. Müxalifət partiyaları və mülahidəçiləri səsvermənin ciddi pozuntularla keçdiyini bildirir. Vahid Rusiya bu iddiaları rədd edir.

XS
SM
MD
LG