Rusiya prezidenti Dmitri Medvedev ötən günlərdə seçkilərdə saxtakarlıql edildiyi iddiaları ilə əlaqədar keçirilən etiraz aksiyalarından sonra bu gün yeni siyasi islahatlar təklif edib. Moskvada ictimayyətə ünvanladığı çıxışında cənab Medvedev deyib ki, Rusiyaya hər bir vətəndaşının siyasi prosesdə iştirak edə biləcək demokratiya lazımdır. Amma ölkə xaricindən müdaxilə olmadan. Rusiya prezidenti siyasi partiyalara qeydiyyata düşmək üçün tələbləri yüngülləşdirməyi də təklif edib. Cənab Medvedev və baş nazir Vladimir Putin hər ikisi dekabr ayının 4-ü keçirilmiş parlament seçkilərinin əvəzində yenidən seçkilərin keçirilməsi əleyhinə olduqlarını bildiriblər.