Accessibility links

Dmitri Roqozin Rusiyanın baş nazir müavini vəzifəsinə təyin edilib


Dmitri Roqozin Rusiyanın baş nazir müavini vəzifəsinə təyin edilib
Dmitri Roqozin Rusiyanın baş nazir müavini vəzifəsinə təyin edilib

Rusiya prezidenti Dmitri Medvedev Rusiyanın NATO-dakı səfiri Dmitri Roqozini baş nazir müavini vəzifəsinə təyin edib. O, Kreml aparatının rəhbəri vəzifəsinə yiyələnən Sergey İvanovu əvəz edəcək.

Təyinatlar Vahid Ruisya partiyasının dekabr ayının 4-də keçirilən seçkilərdə qələbəsinin saxtakarlıqla əldə edildiyi deyilən etirazlar vaxtına təsadüf edir. On minlərlə insan seçkilərin nəticəsinə etiraz olaraq nümayişlər keçirib. Qarşıdan gələn şənbə günü daha bir genişmiqyaslı yürüş planlaşdırılır.

Dünən Rusiya prezidenti Dmitri Medvedev yeni siyasi islahatlar təklif edib. Moskvada ictimaiyyətə ünvanladığı çıxışında cənab Medvedev deyib ki, Rusiyaya hər bir vətəndaşının siyasi prosesdə iştirak edə biləcək demokratiya lazımdır. Rusiya prezidenti siyasi partiyaların qeydiyyatdan keçməsi üçün tələbləri yüngülləşdirməyi də təklif edib.

XS
SM
MD
LG