Accessibility links

Avropalılar Rusiyada dəyişikliyə çağırırlar


Avropalılar Rusiyada dəyişikliyə çağırırlar
Avropalılar Rusiyada dəyişikliyə çağırırlar

Avropalı qanunvericilər deyirlər ki, Rusiyada baş qaldıran nümayişlər göstərir ki, həmin ölkəyə hazırkı rəhbərliyi qoruyub saxlamaq üçün mexanizm yox, real siyasi dəyişiklik lazımdır.

Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti Moskvada solçu müxalifət liderləri ilə görüşü zamanı bu bəyanatı verib. Müxalifət martın 4-də keçiriləcək prezident seçkilərinin ədalətli keçirilməsini tələb edir.

Kreml qarşısında toplaşmış nümayişçilər əllərində “Putinsiz Rusiya” yazılmış şüarlar tutublar.

Avropa Şurasının nümayəndə heyətinin hollandiyalı rəhbəri Tiny Koks bildirib ki, dekabrda parlament seçkilərindən sonra vüsət alan etiraz aksiyaları Rusiya üçün həyəcan təbili olmalıdır. Onun sözlərinə görə ölkənin seçki sistemində fundamental islahatlara ehtiyac var.

Qalmaqal doğurmuş seçkiləri izləyən müşahidəçi qrupu yekun hesabatını bazar ertəsi şuranın qərargahlandığı Starsburqda təqdim edəcək.

XS
SM
MD
LG