On minlərlə rus Moskvanın şaxtalı havasına baxmayaraq bu gün küçələrə axışıblar. Onların bir qismi baş nazir Vladimir Putinin istefasına çağırmış, digərləri isə onu dəstəkləmişlər.
Prezident seçkilərinə bir ay qalmış demokratik hərəkat siyasi azadlıqlar tələb etmək üçün hökumət əleyhinə nümayiş keçirir. Polis Kreml yaxınlığındakı meydana 23,000 anti-hökumət nümayişçinin toplaşdığını xəbər verir. Onlar öz hərəkatlarının simvolu kimi əllərində ağ bantlar yelləyiblər.
Polis paytaxtın qərbində Putinə dəstək aksiyasına 90,000 adamın toplaşdığını bildirir. Amma bəzi ruslar işlədikləri təsisatların onları bu nümayişə məcburən çıxardıqlarından şikayətlənirlər.
Moskva mediası xəbər verir ki, dövlət işçilərinə – müəllimlər, tibb bacıları və poçt işçilərinə – hökumətə dəstək nümayişində iştirak etmək üçün göstəriş verilib. Dövlətə məxsus insan haqları şurası müəllimlər üçün qaynar xətt yaratdıqdan sonra şikayətlərlə 140 adam zəng edib.
Müxalifət nümayişlərinin həcmini kiçiltmək məqsədilə Moskvada məktəblər şənbə gününə karyera təlimləri salıblar.
Hökumətin hələ ki, ən böyük müttəfiqi hava şəraitidir. Bütün Avropanı bürümüş Arktik şaxta Moskvada temperaturu -17◦ selsiusa sala bilər.