Accessibility links

ABŞ-ın Rusiyaya təyin edilən səfiri şənbə günü rəsmən vəzifəsinə başlayır


ABŞ-ın Rusiyaya təyin edilən səfiri şənbə günü rəsmən vəzifəsinə başlayır
ABŞ-ın Rusiyaya təyin edilən səfiri şənbə günü rəsmən vəzifəsinə başlayır

ABŞ-ın Rusiyaya təyin edilən səfiri şənbə günü rəsmən vəzifəsinə başlayır. Maykl Makfolun dünən keçirilən andiçmə mərasiminə dövlər katibi Hillari Klinton rəhbərlik edib. Xanım Klinton deyib ki, Makfolun təyinatı Rusiya ilə yaxın əməkdaşlıq və sız əlaqələrin təcəssümüdür. Dövlət katibi Rusiya ilə ABŞ-ın strateji silahların ixtisarına dair sazişin ratifikasiyası və Əfqanıstana təchizat martşrutundan istifadə müddətinin uzadılması kimi bir sıra sahələrdə əməkdaşlıq etdiyini önə çəkib.

Bu təyinata qədər Makfol Amerika prezidentinin Rusiya və Avrasiya məsələləri üzrə müşaviri vəzifəsində çalışırdı.

1963-cü ildə anadan olan Makfol Rusiya və Ukrayna üzrə tanınmış ekspert və bir neçə kitabın müəllifidir. O, Rusiya-Amerika münasibətlərinin “reset” siyasətinin memarı hesab edilir.

Səfirin təsdiqi bir neçə respublikaçı senatorun etirazına görə yubadılırdı.

Maykl Makfol keçmiş səfir Con Beyerlini əvəz edəcək.

XS
SM
MD
LG