Accessibility links

Sibirdə Rusiyanın sərnişin təyyarəsi qəzaya uğrayıb


Rusiyanın fövqəladə hallar rəsmilərinin bildirdiklərinə görə, bu gün neft regionu Sibirdə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 31 nəfər həlak olub. Rusiya dövlət mediası səhiyyə rəsmilərinə istinadən bildirib ki, 39 sərnişin və 4 ekipaj üzvündən ibarət təyyarədən 13 nəfər sağ çıxarılmış, amma onlardan biri sonradan aldığı yaralardan dünyasını dəyişib.

İki mühərrikdən ibarət ATR-72 sərnişin təyyarəsinin Sibirin Tümen şəhərindən Turqut şəhərinə uçarkən havaya qalxan zaman düşdüyü bildirilir. Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Rusiya Fövqəladə Hallar Nazirliyinin sözçüsü İrina Andrianova qəzadan sağ çıxanların vertolyotla Tümen şəhər xəstəxanasına çatdırıldığını bildirib.






XS
SM
MD
LG