İtaliyanın şimal bölgəsində cümə günü gecə batmış gəmidən sağ qalmış daha bir adam xilas edilib. Heyət üzvü olan həmin şəxs vertolyot vasitəsilə çıxarılıb.
Xilasetmə işçiləri suyun dibindən iki yaşlı adamın cəsədini çıxarıb. Beləliklə, qəza nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.
Qəza nəticəsində itkin düşmüş 17 adamın axtarışı isə davam edir. Qəza nəticəsində 30-dan çox adam xəsarət alıb.
Gəmisinin kapitanı Françesko Çettino həbs edilib. İtaliya rəsmiləri gəmi kapitanının istiqaməti itirdiyini və gəmini nəzarətsiz qoyduğunu bildiriblər.
“Costa Concordia” 4 min sərnişini və ekipaj üzvü ilə syahətə çıxmışdı. Sərnişinlər qəza zamanı böyük qarmaqarışıqlıq olduğunu, bəzi sərnişinlərin sahilə qədər üzdüyünü bildiriblər.
“Costa Concordia” lüks səyahət gəmisinin uzunluğu 290 metrdir. Gəmidə 13 bar, beş restoran, dörd hövuz və 500 balkonlu otaq var.