İtaliyalı dalğıclar şimal-qərb sahilində qəzaya uğramış səyahət gəmisindən itkin düşmüş 21 nəfəri axtarmaqda davam ediblər.
Rəsmilər axtarış əməliyyatlarını dünən Koska Konkordia gəmisinin daha dərin sulara hərəkətetməsi barədə narahatlıqlar üzə çıxandan sonra dayandırmışdılar.
Nigaran qohumlar hələ də ümid edirlər ki, axtarış işçiləri Toskana sahillərində qəzaya uğramış kruiz gəmisindən sərnişinləri sağ çıxara biləcəklər.
Cümə günü gəmi qayalara dəydikdən sonra gövdəsində 52 met uzunluöunda dəlik açıldı ki, bu, da gəminin yan üstə çökməsinə səbəb oldu.
Rəsmilər 11 adamın öldüyünü təsdiq ediblər.