Accessibility links

Rusiyada təyyarə qəzası pilotun səhvi ucbatından olub


Rusiyada təyyarə qəzası pilotun səhvi ucbatından olub
Rusiyada təyyarə qəzası pilotun səhvi ucbatından olub

Rusiyanın regionlararası aviasiya komitəsi xokkey komandasının üzvləri də daxil olmaqla 44 nəfərin həlak olduğu təyyarə qəzasında pilotun səhvi olduğu qənaətinə gəlib. Təhqiqatçılar bu gün elan ediblər ki, sentyabrın 7-də Yak-42 təyyarəsinin qəzaya uğraması pilotlardan birinin təyyarə havaya qalxan anda təsadüfən əyləcə toxunduğuna, sonra isə təyyarəni sərt havaya qaldırdığına görə baş verib. Təyyarə Yaroslavl şəhəri yaxınlığında Volqa çayı sahilinə düşüb. Komanda Belarusun Minsk şəhərində Kontinental Xokkey Liqasında açılış oyunua gedirdi. Bu qəza sport sahəsində ən dəhşətli qəzalardandır. Qəza zamanı yalnız təyyarə mühəndisi sağ qalıb.

XS
SM
MD
LG