Pakistan hava yolları şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 127 sərnişin və ekipaj üzvü həlak olub. Qəzadan dərhal sonra ölkə rəsmiləri aviaşirkətin rəhbərinə ölkəni tərk etməyi qadağan ediblər.
Daxili İşlər Naziri Rəhman Malik deyib ki, Faruk Bhoca cümə günü baş vermiş ölümcül qəzanın araşdırıldığı müddət ərzində ölkədən çıxa bilməz. Aviaşirkət rəsmiləri qəzanı hava şəraitinin pisliyi ilə izah edirlər.
Şahidlər deyirlər ki, Boeing 737 paytaxtın beynəlxalq aeroportu yaxınlığında tufan zamanı qəzaya uğrayıb, amma yerdə dəyməzdən öncə onun alovlandığını görənlər olub. Qəza haqda ətraflı məlumat verəcək qara qutu artıq aşkar olunub.
Sübh çağı əsgərlər və xilasedicilər qəza məkanında cəsədləri axtarıblar.
Bhoca Air şirkəti 10 il bundan öncə fəaliyyətini dayandırmışdı. Lakin mart ayında işlənmiş təyyarələrdən istifadə edən şirkət fəaliyyətini bərpa edib.
Karaçi-İslamabad reysi ilə üçan təyyarə 30 il istifadədə olmuşdu.