Accessibility links

Riçard Kazlariç: Mən bu görüşləri sülh prosesinin başlanğıcı olaraq görürəm


Riçard Kazlariç: Mən bu görüşləri sülh prosesinin başlanğıcı olaraq görürəm
please wait

No media source currently available

0:00 0:06:17 0:00

Riçard Kazlariç: Mən bu görüşləri sülh prosesinin başlanğıcı olaraq görürəm

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşünün mümkün nəticələrini, Azərbaycanla Ermənistan arasında mümkün sülh razılığının Rusiyanın qonşuluğundakı regiona təsirlərini müzakirə edib.

Amerikanın Səsi: Səfir Kazlariç, ABŞ Azərbaycan və Ermənistanın xarici işləri arasında görüşə ev sahibliyi edir. Bu görüşün dörd gün davam edəcəyi gözlənilir. İki ölkə arasında daha əvvəl çox sayda danışıqlar olub və belə görünür bu ilk dəfədir ki, baş diplomatlar günlərlə danışıq aparır. Siz bu görüşlərdə böyük bir irəliləyişin olacağını gözləyirsinizmi?

Riçard Kazlariç: Mən bu məsələlərlə realistik yanaşmaya çalışıram və deyə bilərəm ki, bu, mümkün irəliləyişin başlanğıcıdır, amma mən bu görüşlərin irəliləyişlə nəticələnəcəyini gözləmirəm. Ancaq ümid edirəm ki, mən təəccüblənərəm. Mənim üçün irəliləyiş Azərbaycanla Ermənistan arasında sülh razılaşması ilə nəticələnəcək məsələləri həll etmək üçün birbaşa danışıqlar olar. Ona görə də mən bu görüşləri prosesin başlanğıcı olaraq görürəm və məncə bunun irəliləyiş olacağını söyləmək üçün bir az tezdir. Ancaq dediyim kimi, ümid edirəm mən səhv olaram. Mən burada səhv çıxmaq istəyərəm.

Amerikanın Səsi: Biz sizinlə daha öncə bu mövzuda çox sayda mühasibə etmişik, bugünkü müsashibə isə tərəflər arasında danışıqların birbaşa formatda keçirildiyi bir vaxta təsadüf edir. Siz bir il öncə ilə müqayisədə Cənubi Qafqazda davamlı sülh perspektivləri barədə daha nikbinsinizmi?

Riçard Kazlariç: Cənubi Qafqazda şahid olduğumuz hadisələr baxımından bir il çox uzun bir müddətdir. Məncə bir dövr münaqişə donmuşdu. Həqiqətən də heç nə baş vermirdi. Sonra isə müharibə oldu və nəticədə Azərbaycan təkcə Azərbaycanın ermənilər tərəfindən işğal olunan ərazilərini deyil, həm də, bilirəm ki, bu söz ətrafında böyük mübahisə var ki, bu Dağlıq Qarabağ yoxsa sadəcə Qarabağdır, amma Azərbaycan onun da bir hissəsinin nəzarətini ələ keçirə bildi. Müharibədən bəri, yəni Ermənistan, Rusiya və Azərbaycanın birgə bəyannnaməsindən sonra isə sülh yolunda irəliləyişin başlayacağına dair bir ümid yarandı. Amma Rusiya tək başına bunu edə bilmədi.

Mən deyərdim ki, hətta ABŞ da tək başına bunu edə bilmir. Məncə biz bu görüşləri kimin təşkil etdiyindən daha çox Ermənistan və Azərbaycanın sülhə münasibətlərinə diqqət yetirməliyik. Zənnimcə biz dörd gündən sonra davamlı bir prosesin olub-olmayacağını yoxsa bunun sadəcə olaraq dörd gün davam edən görüşlər olduğunu və insanların sərhəd, insanların evlərinə geri dönmələri, minaların təmizlənməsi kimi hər iki tərəfin həll etməli olduğu məsələləri əhatə edən davamlı proses başlatmadan paytaxtlarına geri dönəcəyini görəcəyik. Yəni çox sayda vacib məsələ var ki, onlar üçün, fikrimcə hər kəsin ümid etdiyi kimi sülh razılığına gətirib çıxaracaq bir proses çərçivəsində üz-üzə davamlı görüşlər tələb olunur. Bir sözlə bu, çox mürəkəbdir və bir il öncə mən bəlkə də bu məsələlərin bəzilərini heç qaldırmazdım. Amma bilirsiniz, aydındır ki, xüsusilə də ABŞ və Aİ tərəfləri bu mürəkkəb məsələləri həll etməyə təşviq etmək etmək üçün daha aktiv rol oynayırlar. Rusiya isə, məncə, Ukraynada davam etdirdiyi müharibə səbəbilə özünü vasitəçi və ya sülh gətirməkdə maraqlı olan tərəf kimi diskvalifikasiya edib.

Amerikanın Səsi: Siz dinc Cənubi Qafqazın gələcəyini necə görürsünüz?

Riçard Kazlariç: Mənim bunu necə gördüyüm müəyyən mənada Ermənistan, Gürcstan və Azərbaycanda olan insanların necə gördüyündən daha az vacibdir. Cənubi Qafqaz ölkələrindən beyin mərkzləri, akademik sahədə bu məsələyə daha çox diqqətin ayrıldığını görmək mənim üçün çox ruhlandırıcıdır. Amma siz mənim fikrimi soruşduğunuz üçün, mən öz düşüncəmi paylaşacam. Mən ümid edirəm ki, biz Cənubi Qafqazda 1993-cü ildə regiondakı bu ölkələr müstəqillik əldə etdiklərində olan məqsədin həyata keçdiyini görəcəyik. Bu da, demokratiyanın inkişafı, bütün vətəndaşları üçün insan hüquqları və bir-biriləri ilə dinc münasibətlər qurmaq öhdəliyini dərk edən üç suveren və müstqəil ölkə arasında dinc münasibətlərin olmasıdır. Bu gün bu yoxdur. Amma mənim ümid etdiyim şey budur?

Amerikanın Səsi: Vaşinqton Azəbaycanla Ermənistan arasında sülh razılığına vasitəçilik edə bilsə, bunun Rusiyanın ətrafında başqa münaqişələrin olduğu regionlara təsiri nə olar?

Riçard Kazlariç: Bunun üçün ilk öncə münaqişələrə son qoymaq istəyən insanlar olmalıdır. Və ən aşkar nümunə olan Ukraynada müharibə sonlanmayana, Rusiya öz qoşunlarını geri çəkməyənə qədər, bizim hazırda Vaşqintonda Ermənistan və Azərbaycan arasında olan proses kimi hər hansı prosesi görməyimiz çətin olacaq. Gürcüstana nə olacaq? Gürcüstanın Rusiya ilə həll edilməli olan münasibətləri var.

Hətta Azərbaycan və Ermənistan daha müsbət sülhquruculuğu prosesinə doğru irəliləsə belə, onların İran kimi, diqqət yetiriməli olan qonşuları var və ABŞ buna diqqət yetirməlidir.

Moldovaya gəldikdə, mən onun barəsində Cənubi Qafqaz qədər biliyə malik olmasam da, orada da bənzər problemlər var. Yəni ABŞ-ın rəhbərliyi ilə bənzər səylərin aparılması üçün bu ölkələrdəki münaqişələrin tərəfləri üzərlərinə onları sülh yolu ilə həll etmək öhdəlikləri götürməlidirlər. Bu nöqtədə mən Rusiyanın daxil olduğu hər hansı bir şeylə bağlı nikbin deyiləm. Rusiya, əvvəl də dediyim kimi, özünü diskvalifikasiya edib və Ukraynadakı müharibəsinə son qoymağa hazır olmadığı təqdirdə, Rusiya ilə danışıq aparmaq çox çətin olacaq.

XS
SM
MD
LG