Accessibility links

Riçard Vaytz: Tərəflər güzəştlərə getməyə açıq və razılıq əldə etməyə həvəslidirsə, bu format nəticə verə bilər


Riçard Vaytz: Tərəflər güzəştlərə getməyə açıq və razılıq əldə etməyə həvəslidirsə, bu format nəticə verə bilər
please wait

No media source currently available

0:00 0:03:50 0:00

Riçard Vaytz: Tərəflər güzəştlərə getməyə açıq və razılıq əldə etməyə həvəslidirsə, bu format nəticə verə bilər

Amerikanın Səsi: Cənab Vaytz, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri yeni danışıqlar üçün Vaşinqtonda səfərdədirlər. Bu, ilk dəfədir ki, onlar bir neçə gün boyunca iki ölkə arasında sülhü müzakirə edəcəklər. Sizcə bu danışıqlar nə qədər mühümdür? Biz bu danışıqlardan hansı nəticə gözləməliyik?

Riçard Vaytz: Bu, çox vacib danışıqlardır. ABŞ daha öncə də bu rolu oynayıb. Dövlət katibi Blinken ötən il burada bu prosesləri müzakirə etmək üçün xarici işlər nazirlərinə ev sahibliyi edib. Biz bilirik ki, Fransanın xarici işlər naziri də bu səylərdə iştirak edib və ruslar da bu prosesdə olub. Ona görə də, bu vacibdir, amma biz əlbəttə ki, döyüşlərin bərpa olmasını istəmirik. ABŞ və mənim qeyd etdiyim ölkələrin sülh prosesinə rəhbərlik etməkdə xüsusi rol oynayırlar. Ona görə də, mən düşünürəm ki, bu, müsbət və bəlkə də, alqışlanacaq bir iləliləyişdir, yetərli olmasa belə.

Amerikanın Səsi: Rəsmi Vaşinqton iki ölkə arasında birbaşa dialoqun vacibliyini vurğulayıb və bu format öncəkilərdən bir qədər fərqlidir. Belə ki, orada vasitəçilər cəlb olunurdu. Siz Ermənistan və Azərbaycan diplomatları arasında birbaşa dialoqu necə qiymətləndirirsiniz

Riçard Vaytz: Prinsipdə bu, işləyə bilər. Məncə bunun ən yaxşı bilinən nümunəsi ABŞ-ın Kemp Deviddə Misir və İsrailin liderlərinə ev sahibliyi etməsidir ki, həmin danışıqlar davamlı sülh razılığı ilə nəticələndi. Yəni əgər tərəflər güzəştlərə getməyə açıq və razılıq əldə etməyə həvəslidirsə, bu format nəticə verə bilər. Ancaq əlbəttə ki, bunun nə dərəcədə baş verəcəyi bəlli deyil. Əgər bir və ya hər iki tərəf çoxlu və ya yetərincə güzəştlərə getməkdən imtina edirsə, biz bir nəticə görməyə bilərik. Ona görə də ABŞ tərəfindən daha böyük müdaxilə görə bilərik. Ancaq fransızlar da bu rolu oynadıqlarına görə, buna ehtiyac qalmaya bilər.

Amerikanın Səsi: Sizcə Rusiya Vaşinqtonda Bayden administrasiyasının səyləri vasitəsilə əldə oluna biləcək razılığa necə reaksiya verə bilər?

Riçard Vaytz: Zənnimcə, bəyanat baxımından bu kritikdir. Praktikada isə, hazırkı gərginliyin səbəbinin bir hissəsi Rusiyanın bu iki ölkə arasında istədiyi sülh sazişini təmin edə bilməməsidir. Ona görə də, onlar cənub sərhədlərində aktiv münaqişənin qarşısını alacaq bir şeyə çox qarşı çıxmaya bilərlər. Yəni, məncə rusların dedikləri ilə praktikada edəcəkləri arasında fərq qoymaq vacibdir.

Amerikanın Səsi: Siz Ermənistanla Azərbaycan arasında davamlı sülhün olduğu Cənubi Qafqaz regionunun gələcəyini necə görürsünüz?

Riçard Vaytz: Onlar arasında mübahisəli ərazisi olduğu müddətdə bu, çətin olacaq. Indiyədək əlimizdə olan sülhə aparan atəşkəs və sakitlikdir, aradabir isə döyüşlər və qeyri-sabitlik bərpa olunur. Və mümkündür ki, bir və ya bir neçə tərəf iddialarını hərbi yolla irəlilətmək üçün imkan görəcək. Ona görə də, mən davamlı sülhün olacağına ümidli deyiləm. Amma, ən azından bu, bizim xüsusilə də 2020-ci ildə gördüyümüz kimi döyüşlərin qarşısını ala bilər.

XS
SM
MD
LG