Accessibility links

Hüquq müdafiəçisinin evində axtarış aparılıb


Rəsul Cəfərov
Rəsul Cəfərov

Rəsul Cəfərov 6 saat prokurorluqda dindirilib

Hüquq müdafiəçisi Rəsul Cəfərov iyulun 31-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 6 saat dindirilib.

Rəsul Cəfərov Amerikanın Səsinə bildirib ki, o bir sıra yerli və xarici QHT-lərə qarşı açılmış cinayət işi üzrə şahid qismində dindirilib və bütün suallara cavab verib. Bundan sonra mənzilimdə axtarış apardılar. Axtardıqları heç bir sənəd mənzilimdə yox idi. Amma axtarış apardılar. Axtarışdan sonra istədikləri sənədlərin bir qismini saxlamağa verdiyim qohumlardan götürüb Baş Prokurorluğa təqdim etdim”, o qeyd edib.

Hüquq müdafiəçisi işlərinin qaydasında olduğunu bildirib.

“Bizim gizlədəcəyimiz heç nə yoxdur. Maliyyə vəsaitləri açıq şəkildə hesaba daxil edilib, hesabda da açıq şəkildə çıxarılıb. Zəruri olan bütün maliyyə sənədlərimiz var. Mütəmadi olaraq fəaliyyətimiz barədə məlumat veririk. Fəaliyyətimiz müntəzəm və geniş şəkildə KİV-də işıqlandırılır. Biz sırf hüquq-müdafiə içi ilə məşğuluq və işlərimizi davam etdirəcəyik”, Cəfərov bildirib.

Onun sözlərinə görə dindirilmə və axtarış zamanı təzyiq edilməyib. “Axtarış zamanı da evimizdə heç nəyi dağıtmadılar. Sadəcə istədikləri yerlərə baxdılar, axtardılar və sonra isə evi tərk etdilər”, o deyib.

XS
SM
MD
LG