Accessibility links

Mirvari Qəhrəmanlı: O dedi ki, Belarusu Azərbaycana döndərməyin [Video Müsahibə]


Mirvari Qəhrəmanlı: O dedi ki, Belorusu Azərbaycana döndərməyin
please wait

No media source currently available

0:00 0:07:40 0:00

Mirvari Qəhrəmanlı: O dedi ki, Belorusu Azərbaycana döndərməyin

Hüquq müdafiəçisinin Amerikanın Səsinə müsahibəsi

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı Amerikanın Səsinə müsahibəsində bank hesablarına həbs qoyulması, övladının evində axtarış aparılması, hədələnməsi və ölkəni tərk etməsindən danışıb.

“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı artıq 18 ildən çoxdur fəaliyyət göstərir. Təşkilat indiyədək belə təpkiyə rast gəlməyib”, o qeyd edib.

Hüquq müdafiəçisinin sözlərinə görə, iyulun 8-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə rəhbərlik etdiyi təşkilatın, həm də onun depozit bank hesabına həbs qoyulub. “Biz apellyasiya şikayəti verdik, lakin məhkəmə əsaslandırmadan, bank hesabıma hansı səbəbdən həbs qoyulmasını izah etmədən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. Biz hüquq mühafizə orqanlarından nə məktub, nə də sorğu almamışıq. Səbəbləri ilə bağlı bu gün də xəbərimiz olmadığı halda bank hesablarına həbs qoyublar”, Qəhrəmanlı deyib.

O qızı, “Qadın” Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın jurnalist Rauf Mirqədirovun Ermənistanın xeyrinə casusluq ittihamı ilə bağlı istintaqda dindirildiyini bildirib. “Məndə təəccüb yarandı. “Qadın” Kriziz Mərkəzi hara, Rauf bəyin olmayan işdə suçlandırıldığı məsələ hara? Mayın 1-də gecə saat 22-dək Mətanət prokurorluqda istintaq qrupu tərəfindən 10 saat sorğu-sual edilir. Mayın 2-də isə müstəntiqin Mətanətlə sorğusu təzyiq xarakteri daşıyıb, hətta onun yeganə bir övladı olduğu xatırladılıb. Müstəntiq deyib ki, sən şahiddən təqsirləndirilən şəxsə çevrilə bilərsən. Ondan hansısa sənədlərə qol çəkmək tələb olunub. Hansı ki, bu sənədlərdən Mətanətin xəbəri olmayıb. O qol çəkməyib”.

Mətanət Əzizova mayın 2-də gecə ölkəni tərk edib. “Düşünürəm ki, Mətanət ölkədə olsa idi, həmin sənədə imza atsaydı mənim üçün bir qədər asan olardı, bir az yüngül cəza tətbiq edərdilər. Bu Mətanətə görə aldığım bir cəzadır. Bir də, bizim təşkilat iri transmilli korporasiyaların dilimizə, qanunlarımıza hörmət etməsi üçün mübarizə aparır. Neft sektorundakı korrupsiya, ictimai vəsaitlərin xərclənməsində şəffaflıq yaradılması ilə bağlı mübarizə aparır”.

O məhkəmələrə şikayət etdiyini deyib. “İki məhkəmə işimiz var. Nəsimi rayon Məhkəməsinin qərarını əsas olmadan Apellyasiya Məhkəməsi təsdiq etdi. Hazırda mən və bir çox QHT-lər Avropa Məhkəməsinə şikayət etməyə hazırlaşır. Mən inanıram ki, Avropa Məhkəməsi şikayətimizi təmin edəcək. Amma istərdim ki, kompensasiyaları hökumət deyil, qərəzli qərar qəbul edən hakimlər ödəsin”.

O ictimaiyyətə bildirir ki, mübarizəsini davam etdirəcək. “Bizim bir sifətimiz var. Təşkilatımızı ləğv etsələr belə hüquqların müdafiəsi sahəsində mübarizəmizi davam etdirəcəyik. Hökumətdən isə xahiş edərdim ki, dayansınlar. Son 3-4 ay ərzində qeyri-peşəkar məmurlar, hüquq-mühafizə sistemi ölkəyə çox böyük zərbə vurub. Nüfuzumuzu itirməyə başlamışıq. Mən çox xəcalət çəkdim, Belorus hüquq müdafiəçisi dedi ki, “Belorusu Azərbaycana döndərməyin”. Burada mən çox xəcalət çəkdim. İstərdim ki, beynəlxalq kolleqalarımın qarşısında pis qərar çıxaran hakim kimi başımı sinəmə söykəməyim”, o qeyd edib.

XS
SM
MD
LG