Accessibility links

Böyük Britaniya naziri Azərbaycanda hüquq müdafiəçisinin həbsini pisləyir


Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqton
Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqton

Həsən Hüseynli 6 il azadlıqdan məhrum edilib

Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqton hüquq müdafiəçisi Həsən Hüsenliyinin həbsini pisləyib.

“Mən Gəncədə QHT rəhbəri Həsən Hüseynlinin xuliqanlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilməsindən çox məyus oldum.

Son illər Britaniyanın Bakıdakı səfirliyi cəmiyyətdə qadınların rolunun gücləndirilməsi və vətəndaşların sosial fəallığının artırılması üzrə layihələrin həyata keçirilməsində onunla sıx əməkdaşlıq edib.

Hüseynli uzunmüddətli həbs cəzasına məhkum edilmiş növbəti vətəndaş fəalı oldu.

Mən bir daha Azərbaycan hakimiyyətini siyasi motivli həbslərin artması təmayülü ilə bağlı çoxsaylı çağırışlara və narahatlıqlara reaksiya verməyə çağırıram”, deyə Lidinqtonun bəyanatında qeyd edilir.

XS
SM
MD
LG