Accessibility links

İranın Səhər telekanalının sürücüsü azadlığa buraxılıb


Ona narkotikdən istifadə ittihamı irəli sürülmüşdü

İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib.
Fevralın 15-də Sumqayıt şəhər sakini olan R.Dadaşova qarşı narkotik maddədən istifadə ittihamı irəli sürülüb və barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra həbs qətimkan tədbiri daha bir ay uzadılıb. Bu ittiham üzrə Cinayət Məcəlləsində 3 aydan 3 ilədək həbs cəzası nəzərdə tutulur.
Sumqayıt Şəhər Məhkəməsi R.Dadaşovun barəsində cəzanın 3 aylıq minimal hissəsini tətbiq edib. Həmin müddət həbsə alındığı gündən hesablanaraq mayın 16-da başa çatdığı üçün həmin gün azad edilib.

XS
SM
MD
LG