Türkiyə rəsmiləri bildirir ki, kürd üsyançıları İrandan Türkiyəyə təbii qaz nəql edən boru xəttinin bir hissəsini partladıblar. Partlayış nəticəsində yanğın baş verib və qazın nəqli dayandırılıb. Hadisə borunun Türkiyənin İran sərhədi yaxınlığında Doğubəyazit şəhərindəki hissəsində baş verib. Xəsarət alanlar barədə məlumat verilməsə də, yaxınlıqdakı evlərə və bizneslərə ziyan dəydiyi bildirilir. Türkiyə rəsmiləri hücuma görə PKK kimi tanınan Kürdüstan Fəhlə Partiyasını ittiham edib. Türkiyənin cənub-şərqində müxtariyyət uğrundan mübarizə aparan PKK əvvəllər də oxşar hücumlarda günahlandırılıb.
Xəsarət alanlar barədə məlumat verilməsə də, yaxınlıqdakı evlərə və bizneslərə ziyan dəydiyi bildirilir