Türkiyənin cənub-şərqində yerli rəsmilərin bildirdiyinə görə, kürd yaraqlılarının bastırdığı minaya düşən 3 türk əsgəri həlak olub. Rəsmilər deyir ki, mina partlayışı əsgərlər Hakkari vilayətinin Çukurca şəhəri yaxınlığındakı yoxlama mərkəzində olan zaman baş verib. Rəsmilər mina hücumlarına görə, PKK kimi tanınan Kürdüstan Fəhlə Partiyasını günahkar bilir. Bu ayın əvvəlində digər iki türk əsgəri də oxşar hücumlar nəticəsində həlak olub. PKK 25 ildir ki, Türkiyənin cənub-şərqində müxtariyyət uğrunda mübarizə aparır. Münaqişə nəticəsində 40 mindən çox insan həlak olub.
Rəsmilər mina hücumlarına görə PKK-nı ittiham edir