Türkiyədə əsas kürd silahlı qrup olan PKK dörd illik atəşkəsə rəsmən son qoyduğunu bildirib. Bununla belə, qrup dərhal zorakıqlılara başlanılmayacağını bəyan edib. PKK gələn üç ay müddətində Türkiyə hökumətilə yeni ikitərəfli atəşkəs əldə etmək üçün plan üzərində işləyəcəyini bildirib. Türkiyə bu yaxınlarda kürd yaraqlılarına məhdud amnistiya təklif etmişdi, lakin PKK bunun kifayət olmadığını demişdi. Türkiyə hökuməti qanundan kənar elan olunmuş PKK ilə danışıqlar aparmaqdan imtina etmişdir.