Accessibility links

Filip Remler: Rusiyanın Ukraynadakı müharibəsi onun Cənubi Qafqazda təsir qabiliyyətinə ciddi ziyan vurub


Filip Remler.
Filip Remler.

Karneqi Beynəlxalq Sülh Fondunun elmi işçisi Filip Remler Amerikanın Səsinə müsahibədə Rusiya sülhməramlı kontingentinin gələcək fəaliyyəti, Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh razılığına vasitəçilik etmək ehtimalı, beynəlxalq ictimaiyyətin regionda etimad qurmağa yardım etmək səyləri və Cənubi Qafqazda dəyişən güc balansından bəhs edib.

Amerikanın Səsi: Oktyabrın 10-da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, Rusiya sülhməramlı kontingentinin regionda yerləşməsi şərtlərində ciddi dəyişikliklər edilib və sülhməramlıların fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq. Ancaq o, yeni şəraitin məzmunu ilə bağlı açıqlama verməyib. Sizcə, Rusiya sülhməramlı qüvvələri fəaliyyətlərini hansı şəraitdə davam etdirəcəklər?

Filip Remler: Mən nə olacağını bilmirəm. Mən onların sülhməramlılarının bir neçə postunu bağladığını gördüm. Yəni onların mövqeləri dəyişəcək, amma necə olduğunu bilmirəm.

Amerikanın Səsi: Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya xəbər agentliyinə bildirib ki, Moskva Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə vasitəçilik etmək istəyir və o, Aİ-nin bu istiqamətdəki səylərinə əhəmiyyət verməyib. Sizcə, Rusiya tərəflər arasında sülh razılığına vasitəçilik edə bilərmi?

Filip Remler: Unutmayın bu hər zaman belədir ki, sülh müqaviləsini və ya sülh sövdələşməsini və ya hər hansı bir razılığı münaqişənin tərəfləri imzalayır. Vasitəçilər vasitəçilik edə bilər. Amma münaqişə tərəfləri aralarında sülh əldə etməlidirlər. Düşmənlər aralarında sülh əldə etməlidirlər. Rusiyanın Ukraynaya hərbi müdaxiləsini kənara qoysaq, Rusiya 2020-ci ildə 1994-ci ildə olduğu kimi atəşkəsə vasitəçilik edib. Ona görə də, obyektiv olaraq, Rusiyanın yenidən bunu edə bilməməsi üçün heç bir səbəb yoxdur. Amma aydındır ki, bu, münaqişənin tərəflərindən və onların sülh müqaviləsi ilə Rusiyaya etibar etməyə hazır olub-olmadıqlarından asılıdır. Bu, Rusiyanın özündən asılı deyil.

Amerikanın Səsi: Human Rights Watch təşkilatının bildirdiyinə görə, Qarabağdan gedən insanların bəziləri qayıtmaqda maraqlı olduqlarını bildiriblər. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin (OCHA) komandası oktyabrın 5-də Azərbaycan və Ermənistana bir həftəlik missiyanı başa vurub. Qurum Qarabağa hər hansı könüllü qayıdış şərtlərinin mənalı şəkildə əldə edilməsi üçün etimad və inamın çox vacib olduğunu bildirib. Sizcə beynəlxalq ictimaiyyət regionda etimad qurmağa yardım etmək üçün nə edə bilər?

Filip Remler: Beynəlxalq ictimaiyyət hər iki tərəflə qaçanların qayıtmasının monitorinqi kimi məsələlər üzərində işləyə bilər. Mənim şəxsi düşüncəm ondan ibarətdir ki, gələcək üçün ən yaxşısı odur ki, Azərbaycan hökuməti qaçan ermənilərin Qarabağa qayıtmasını təmin etmək üçün əlindən gələni etsin. İlham Əliyev deyib ki, Azərbaycan əsrlər, hətta minilliklər boyu çoxdinli və çoxmillətli bir ölkə olub. Və o və onun hökuməti bunun belə davam etdiyindən əmin olmalıdır. Bundan sonra son həftələrdə qaçan ermənilərin və ya onların çoxsunun qayıtması yaxşıdır və beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycan hökuməti ilə işləməyə hazır olmalıdır. Azərbaycan hökumətinin də bunu etmək, inamı bərpa etmək və qaçqınların qayıtması üçün şərait yaratmaq üçün nə edə biləcəyini müəyəyn etmək məqsədilə beynəlxalq ictimaiyyətlə işləmək öhdəliyi var. Başqa sözlə desək, bu, ilk növbədə Azərbaycan hökumətinin məsuliyyətidir. Və beynəlxalq ictimaiyyət Azərbaycan hökumətinə etimad üçün şərait yaratmağa yardım etməyə hazır olmalıdır.

Amerikanın Səsi: Son olaraq, Qarabağdakı son hadisələr Cənubi Qafqazda güc balansını necə dəyişir?

Filip Remler: Bunu demək çətindir. Aydındır ki, Rusiyanın Ukraynadakı müharibəsi onun Cənubi Qafqazda, o cümlədən başqa yerlərdə, təsir göstərmək qabiliyyətinə ciddi ziyan vurub. Oradakı insanlar etdikləri hər şeydə bunu göstərirlər. Ona görə də, bu Rusiyanın Cənubi Qafqazda təsiri və gücünün azalmasının səbəbi deyil, simptomudur.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG