Accessibility links

Pentaqon Ebola ilə mübarizə üçün 750 milyon dollara ehtiyac olacağını təxmin edir


ABŞ hərbi qüvvələri Liberiyada ebola xəstəliyi ilə əlaqədar yaranmış böhrana son qoymaq üçün növbəti altı ayda 750 milyon dollardan artıq vəsaitin tələb olunacağını təxmin edir.

ABŞ silahlı qüvvələrinin Afrikada komandanı general Devid Rodrigez müxbirlərə Pentaqonun ebola xəstəliyinin ilkin diaqnostikası məqsədilə keçən həftə iki tibbi səhra laboratoriyasının yerləşdirdiyini deyib.

O həmçinin ebola ilə mübarizə məqsədilə yerləşdirilmiş 4 min hərbi qulluqşunun yoluxmanın qarşısını almaq üçün kifayət qədər təlimə malik olduğuna əminliyini ifadə edib.

General Rodriges əsgərlərin təlim, diaqnostika və mühəndislik işlərinə dəstək verdiyini bildirib.

XS
SM
MD
LG