Accessibility links

ABŞ-dakı Ebola xəstəsinin durumu ağırdır


Yüksək rütbəli ABŞ səhiyyə rəsmisi bildirib ki, Ebola virusuna yoluxmuş liberiyalı xəstə Texas ştatının Dallas xəstəxanasında həyatı uğrunda çarpışır.

Xəstəliyə Nəzarət Mərkəzindən cənab Tomas Friden CNN-nə deyib ki, Tomas Dunkanla əlaqədə olan hər kəsi tapmaq Ebola virusunun yayılmasının qarşısını ala bilər.

Şənbə günü Dunkanın vəziyyəti daha ağırlaşaraq kritik həddə çatıb. Sentyabrın 20-də Liberiyadan ABŞ-a gəldikdən dörd gün sonra ona Ebola virusu diqanozu qoyulub.

Rəsmilər onun 100-ə qədər insanla bilavasitə və ya dolayısı yolla əlaqədə olduğunu ehtmal edir. Lakin heç kəsdə xəstəliyin simptomları müşahidə edilməyib.

Həkim Friden Birləşmiş Ştatlarda xəstəliyin yayılmayacağına əminlik ifadə edib, lakin deyib ki, ABŞ rəsmiləri Qərbi Afrikada baş verənlərdən olduqca narahatdır.

O deyir ki, virusun Qərbi Afrikada artmaqda davam etməsi onun digər ölkələrə də yayılması təhlükəsini yaradır.

XS
SM
MD
LG