ABŞ-ın ictimai səhiyyə sisteminin yüksək nümayəndəsi sürətlə yayılan ebola epidemiyasınınBirləşmiş Ştatlarda baş verməcəyinə əmin olduğunu bildirib.
Birləşmiş Ştatların Xəstəliklərlə Mübarizə və Profilaktika Mərkəzinin baş həkimi doktor Tom Freyden NBC xəbər agentliyinin Mətbuatla görüş proqramında deyib ki, Amerika xəstəxanalarında xəstəliyə yoluxmanın nəzarət altına alınması və ictimai səhiyyə sisteminin müdaxiləsi ebolanın yayılmasının qarşısını almağa kömək edir.
Doktor Freyman Qərbi Afrika ölkələrində bu il yayılandan bəri 3500 adamın ölümünə səbəb olmuş xəstəliklə mübarizədə daha effektiv mübarizə aparıldığına inandığını bildirib.
Sentyabr ayında açıqlanmış hesabata əsasən, ebolanın yayılacağı növbəti ölkələrin Qana və Qambiya ola biləcəyi bildirilib. Hesabatda Afrikadan kənarda Britaniya, Belçika, Fransa və Birləşmiş Ştatların daha çox risk qarşısında olduğu qeyd edilib. Hesabat Birləşmiş Ştatlarda ebola ilk yoluxma halının qeydə alınmasından əvvəl açıqlanıb.