Accessibility links

Pensilvaniya ştatının Nümayəndələr Palatası Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edib


Vaşinqton metrosunda Xocalı barədə posterlər
Vaşinqton metrosunda Xocalı barədə posterlər

ABŞ-ın Missisipi, Meyn, Texas, Arkanzas, Oklahoma, Nyu Meksiko, Tenesi ştatlarının qanunverici orqanları da Xocalı faciəsi ilə bağlı qətnamələr qəbul edib

Martın 20-də ABŞ-ın Pensilvaniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə qətnamə qəbul edilib.

Azərbaycanın Amerikadakı səfirliyinin məlumatına görə, qətnamədə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır və Xocalı hadisələri 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən hərbi təcavüz və etnik təmizlənmənin tərkib hissəsi olduğu qeyd edilir.

Sənəddə həmçinin Xocalı faciəsinin beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən adət hüququnun kobud şəkildə pozulduğu dəhşətli faciə kimi qiymətləndirildiyi əks olunur.

Qeyd edək ki, Pensilvaniya ştatı ilə yanaşı, ABŞ-ın digər ştatları, o cümlədən Missisipi, Meyn, Texas, Arkanzas, Oklahoma, Nyu Meksiko, Tenesi ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar qətnamələr qəbul edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG